Bu ölkədə Fransanın daha bir telekanalının yayımı dayandırıldı
Burkina-Faso hakimiyyəti Fransanın “TV5Monde” telekanalının və Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin, həmçinin “Guardian” və “Monde” qəzetlərinin yayımını dayandırıb. Bu barədə AFP məlumat yayıb. Xəbərdə deyilir ki, ölkənin Ali Kommunikasiya Şurası bir neçə beynəlxalq medianın (bəziləri qeyri-müəyyən müddətə) yayımını dayandırıb.
Sərəncamda göstərilənlər arasında Fransanın "Le Monde" qəzeti, Britaniyanın "The Guardian" nəşri, Almaniyanın" Deutsche Welle teleradio şirkəti və Fransanın "TV5 Monde" teleşirkəti də var.
Mətləb Salahov