“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edildi
Toplum TV-nin əməkdaşı Cavid Ramazanov barəsində həbs növündən olmayan digər qətimkan tədbiri var.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
“O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə istintaqa dəvət edilib”, - İbrahim Əmiraslanlı deyib.