KÖHNƏ VERSİYA            

“Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir” - Vüqar Rəhimzadə

Image

Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirən qətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqca genişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, forumlar, eyni zamanda, Prezident İlham Əliyevin çıxışları  uğurlarımızın   təqdimatında əhəmiyyətli rol oynayır. Aprelin 23-də 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verdi. Tədbirdə bir daha vurğulandı ki, Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi   qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir. Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir. Tədbirə 30 ölkədən 64 nümayəndənin qatılması müzakirəyə çıxarılan mövzunun aktuallığını, mahiyyətinin  beynəlxalq ictimaiyyət üçün nə qədər maraqlı olduğunu təsdiqləyir. Ən əsası tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün yaşıl enerjiyə keçidi prioritet məsələ kimi qarşıya qoyması və bu sahədə təcrübəsini bölüşmək istəyində olması diqqətdən kənarda qala bilməz. Azərbaycan daim iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə töhfələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı  cavablandırması həm ölkəmiz haqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və sərhədlərin delimitasiyasını xüsusi qeyd edə bilərik. Həmçinin ötən ilin dekabrında  mötəbər tədbirin - COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29 konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani nümayişidir. Dövlətimizin başçısı onu da bildirdi ki, COP29-a hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 bizim üçün çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin forumda diqqəti yaxın günlərdə Almaniyaya səfərinə də yönəltdiyini bildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan-Almaniya əlaqələrində daha sıx yaxınlaşma müşahidə olunur. Cənab İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Həmçinin Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq. Əməkdaşlıq əlaqələrində iqtisadi amil xüsusi qeyd olunur. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir. Ölkələr arasında əlaqələrin inkişafında investisiyaların yatırılmasında   sabitliyin, əlverişli biznes mühitinin mövcudluğu əsasdır. Bu rəqəm hazırda Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın hansı səviyyədə olmasına aydınlıq gətirir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycanın bütün regionları, xüsusilə işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi dünyanın diqqətindədir. Bu torpaqların turizm imkanlarının genişliyi iqtisadi əməkdaşlıq əlaqələrinin  qurulmasına əlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Almaniya münasibətləri ən fəal dönəmdədir və bunu çox müsbət qiymətləndiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev forumda diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, forumda Azərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadi inkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlar əsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğu, bərpaolunan enerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün  birgə səylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq 30 ildir  beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Gələcəyimiz daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik. O da qeyd edildi ki, ola bilsin COP29-un keçirilmə tarixinə bir az qalmış mübadilə üçün daha çox ideyalarımız olsun və  konfransdakı gündəliyimizə daxil edək. 

Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb arasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daim dünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulan körpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da uğurlu gələcəyin təmin edilməsində əsas faktordur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031