Eqişe Kirakosyan Haaqa məhkəməsində elə "quşdur ki,buraxır"...
"Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla Ermənistanın bir- birinə qarşı ittihamları üzrə davam edən prosesdə Ermənistanın nümayəndəsi Kirakosyan daha bir ağ yalan danışıb və növbəti absurd təkliflə çıxış edib.
Kirakosyanın ağ yalanı- Məhkəmədə deyib ki, BMT Təhlükəsizlik Şurası heç vaxt Ermənistanı işğalçı və təcavüzkar hesab etmək fikrində olmayıb. Tam yalan fikirdi. 92-93- cü illərdə TŞ- nin qəbul etdiyi 4 qətnamənin hər birinin məzmununa bir daha baxmaq kifayətdir. Onların hər birində "erməni qoşunlarının Azərbaycanın torpaqlarından qeyd- şərtsiz geri çəkilməsi fikri "birmənalı ifadə olunub."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb. A.Quliyev daha sonra yazır: "Məntiqi olaraq sual yaranır ki, Azərbaycanın torpaqlarındakı erməni hərbçiləri işğalçı və təcavüzkar deyilsə, bəs kimdir? Bəlkə onlara "sülh carçıları" deyilməlidir?!.. Ermənustana təcavüzkar və işğalçı demək daha necə olar ki?
Kirakosyanın absurd təklifi- Məhkəməyə çağırış edib ki, Azərbaycanın qaldırdığı məsələlərin , o cümlədən ekologiya ilə bağlı məsələlərin İrqi ayrı- seçkiliyin bütün formalarının ləğvi barədə beynəlxalq konvensiyaya uyğun olmadığı barədə rəy versin....Həqiqətən absurd çağırışdır...
30 ildən çox torpaqları işğalda saxlamaq, kütləvi qətliamlar törətmək, flora və faunanı məhv etmək, tarixi mədəni- dini abidələri təhqir və məhv etmək bəs hansı konvensiyanın müddəaları altında tövsif olunmalıdır?!...."
Mətləb Salahov