Rusiyadan NATO açıqlaması: "Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq"
NATO Polşa ərazisində nüvə obyektləri yerləşdirərsə, onlar qanuni hədəfimiz olacaq. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, belə bir cəhd sabitliyi pozmaq xarakteri daşıyır: “NATO ölkələrinin birgə nüvə missiyalarının sərhədlərimizə yaxınlaşması Rusiya üçün təhlükələri gücləndirir”.
Diplomatın sözlərinə görə, bu, Polşanın təhlükəsizliyi üçün nəyisə dəyişməyəcək: “Lakin müvafiq obyektlər mütləq hədəfə çevriləcək və hərbi planlaşdırmamızda onlar ön planda olacaq”.
Mətləb Salahov