Rusiya XİN Bakı və İrəvan arasında sülh sazişinin zəruri olduğunu bəyan etdi...
Rusiya üçün prioritet Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması olub və indi də belədir. Bu barədə Rusiya XİN kollegiyasının “Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı haqqında” mövzusunda iclası barədə mediaya verilən məlumatda bildirilir.
Məlumatda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tam həyata keçirilməsinə nail olmağa davam etməyin zəruri olduğu qeyd edilib.
İclas zamanı bölgənin koordinasiyasının və özünü təmin etməsinin gücləndirilməsi problemləri, ilk növbədə xaricdən müdaxilə olmadan bölgələrin özləri tərəfindən həll edilməsi maraqları baxımından nəzərdən keçirilib. Bu kontekstdə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımların atılması nəzərdə tutulub.
Qeyd edilir ki, Kollektiv Qərb ölkələri Rusiya Federasiyasına strateji məğlubiyyət vermək cəhdləri ilə Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə çalışırlar.
Vurğulanıb ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün kollektiv Qərb Ukraynanın ardınca postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışır.
TAHİR