Azərbaycan - Ermənistan sərhəddində ilk DİRƏK...
"Erməni qəsbkarlığının addım- addım enilməsi bax budur- 2023- cü ilin 23 aprelində Azərbaycan Laçın yolunda nəzarət - buraxılış məntəqəsi qurdu. Bu hadisənin sonra hansı böyük nəticələr doğurduğunu dəfələrlə təhlil etmişəm."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb.
A.Quliyev daha sonra yazır: "Ölkəmizin 1991- ci ildə müstəqilliyini bəyan etməsindən sonra ilk dəfə tam süverenliyin bərpasına aparan yol məhz bu hadisədən başladı.
Bir il sonra - 2024- cü ilin 23 aprelində isə müstəqil Azərbaycanın Ermənistanla sərhəddində ilk DİRƏK ucaldıldı. Azərbaycan - Ermənistan sərhəddi ilk dəfə real olaraq çəkilməyə başladı."
Mətləb