KÖHNƏ VERSİYA            

Zəngəzurun ayrıca tarixinin yazılmasına böyük zərurət yetişdi...

Image

Bəxtiyar Həsənov: “Mənbələr üzə çıxdıqca, yeni məlumatlar əldə edildikcə Zəngəzurun tarixinin daha da zənginləşdirilməsi, yenidən yazılması və başqa məsələlər də gündəmə gəlir”

Azərbaycanın Zəngəzur mahalının ikiyə bölünməsi tariximizin ən yaralı səhifələrindən biridir. Bu gün  Şərqi Zəngəzur Azərbaycanın, Qərbi Zəngəzur isə Ermənistanın tərkibindədir. Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra milli tariximizin bütün mərhələlərinə yenidən baxılması zərurətə çevrilib. Zəngəzurun tarixinə də yenidən nəzər yetirilməsi vacib bir məsələ olaraq ortaya çıxıb. 

Zəngəzur Qərbi Ermənistana verilənə qədər əsrlər boyu Azərbaycanın ərazisi olub, burada türklər yaşayıb, ermənilər isə bizim ərazilərə XIX yüzillikdı köçürülüb. 

Bildiyimiz kimi, Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsinin çox ilginc və faciəli bir tarixcəsi var. 

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olunub. Qərarda Zəngəzur bölgəsi 2 yerə- Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölünüb.

Professor Anar İsgəndərli yazır ki, Zəngəzur qədim Azərbaycan torpağıdır və 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Ermənistana verilib. “Türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozuldu. Əgər o tarixi ədalətsizliyə yol verilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.

Azərbaycanlıların qədim tarixi-etnoqrafik mahalı olan Zəngəzur müasir Azərbaycan Respublika­sının Laçın, Qubadlı, Zəngilan və Ermənistan Respublikasının Meh­ri, Qarakilsə, Gorus və Qafan ra­yonlarını əhatə edir”. 

Akademik İsmayıl Hacıyev məqalələrindən birində qeyd edir ki, Türkmənçay müqaviləsindən sonra Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılıb, beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti yeridilib: “Zəngəzur qədim və tarixi Azərbaycan ərazisidir. Ərazinin Zəngəzur adlanması da təsadüfi deyil. “Zəngəzur” toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən “zəngi” tayfalarının adı ilə bağlıdır. Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Bu boyla bağlı Azərbaycan ərazisində Zəngilan, Zəngəran, Zəngidərə, Zəngi çayı, Zəngilər, Zəngibasar və başqa onlarla coğrafi adlar mövcuddur. Ərazinin aborigen əhalisi də Azərbaycan türkləri olmuşdur. Ümumiyyətlə, Zəngəzur ərazisində minlərlə türk mənşəli coğrafi adlar məlumdur”.

Zəngəzurun tarixi ayrıca yazılıbmı? Bütün tarixi gerçəklik tarixşünaslıqda tam ifadə olunubmu? Qədim dövrdən tutmuş müasir dövrə qədər bütün hadisələr tam öz əksini tapıbmı? Zəngəzur tarixi, coğrafiyası tam olaraq yazılmayıbsa, bunun səbəbi nədir? 

Qeyd edək ki, ictimaiyyətdə formalaşan rəyə görə, Zəngəzur tarixi tam olaraq yazılmayıb və bu üzdən by mahalın tarixi tamamilə yenidən yazılmalıdır. 

Bildirək ki, gənc tədqiqatçı Ramin Əlizadə də öz sosial şəbəkə hesabında ictimaiyyətin fikri ilə səsləşən status yazıb: “Zəngəzur tarixi yazılmalıdır, faktlar olduğu kimi təqdim edilməlidir, Zəngəzurun tarixi-coğrafiyasını əks etdirən xəritələr tərtib edilməlidir, erməni yalanlarını ifşa edən etibarlı mənbələrə, arxeoloji dəlillərə, ciddi elmi əhəmiyyət kəsb edən sənədlərə və xəritələrə istinad edilərək!” 

Biz gənc tədqiqatçının fikrini müzakirə etmək istəmirik, onu nümunə üçün qeyd etdik.

Bütövlükdə xalqımız, cəmiyyətimiz, dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyan bu məsələni araşdırmaq istədik və görək Zəngəzur tarixi lazımı səviyyədə yazılıbmı?

“Ola bilsin ki, yeni materiallar əldə edilsin və Zəngəzurun tarixinə əlavə olunsun” 

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zəngəzurun tarixi yazılıb. “Zəngəzurla bağlı Akif Muradverdiyevin “Zəngəzur tarixi”, Musa Urudun “Zəngəzur” əsəri var. Zəngəzurda qırğınlarla bağlı Nazim Mustafanın 

“1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" əsərində söhbət açıılıb. Bununla bağlı Kamran İsmayılovun Zəngəzurda azərbaycanlılara qarşı törədilmiş qırğınlarla, soyqırımla bağlı əsəri var. Yenə həmin müəllifin “Zəngəzur 1919-1920-ci illərdə” adlı əsəri mövcuddur. Zəngəzur tarixi barədə geniş şəkildə yazılıb.  Mənim özümün “Qarabağ bölgəsi XX əsrin əvvəllərində” kitabımda XX əsrin əvvəllərində Zəngəzurun demoqrafik mənzərəsi, buradakı ictimai-siyasi vəziyyət, 1905-1906-cı il hadisələri, 1918-ci il soyqırımı, XX yüzilin əvvəllərində orada aparılan inzibati ərazi bölgüsü və sairlə bağlı məlumatlar var. Hazırda Zəngəzur tarixi ilə bağlı 3-4 kitab yazılıb. Əldə olunmuş məlumatlar əsasında yazılan bu kitablar qədim dövrdən bugünə qədər Zəngəzur tarixini ehtiva edir. O ki qaldı Zəngəzurun tarixinin tam yazılması məsələsinə, tarixdə belə bir məsələ var: əldə olunan yeni məlumatlar istər-istəməz tarixə yenilik gətirir, o tarixin yazılmasına töhfə verir. Ola bilsin ki, yeni materiallar əldə edilsin və Zəngəzurun tarixinə əlavə olunsun. Ancaq ümumikdə baxanda bəli, istər bir kitabda qədim dövrdən bugünə qədər, istərsə də ayrı-ayrı kitablarda Zəngəzur tarixi ilə bağlı aydın təəsvvür var”. 

B.Həsənovun sözlərinə görə, Azərbaycan türklərinin qədim dövrlərdən o ərazidə yaşaması, yaratdığı mədəniyyət, ondan sonra Zəngəzurda baş verən ərazi dəyişiklikləri, yaşanan hadisələr, XX əsrin əvvəllərində Zəngəzurun Azərbayan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi, Zəngəzurun Şərqi və Qərbi Zəngəzura bölünməsi kimi hadisələr, demək olar ki, tarixə aid kitablarda aydın şəkildə verilib. 

“Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Zəngəzurla bağlı çox məsələləri vurğulayıb və ortaya qoyub, təbii ki, bizim tarixçilərin verdiyi sənədlər, faktlar əsasında o torpaqların bizə məxsus olduğu göstərilib. Ona görə də Prezidentin çıxışlarında dediyi kimi, Zəngəzur bizim üçün çox əhəmiyyətli bir ərazidir. Bildiyiniz kimi, son dövrlərdə “Zəngəzur dəhlizi” məsələsi beynəlxalq səviyyədə gündəmə gəlib və Prezidentimiz bu dəhliz məsələsi üzərində həm diplomatik, həm də başqa cəbhələrdə öz mübarizəsini aparır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bu dəhliz mütləq şəkildə açılmalıdır. Əminik ki, bu dəhliz açılacaq. O torpaqlar  bizim dədə-baba torpaqlarımızdır, çünki orada yaranan maddi mədəniyyət bizə - Azərbaycan türklərinə aiddir. Biz tarixlər boyu orda yaşamışıq. 

Zəngəzurun tarixi məsələsinə gəlincə, mənbələr üzə çıxdıqca, yeni məlumatlar əldə edildikcə  Zəngəzurun tarixinin daha da zənginləşdirilməsi, yenidən yazılması və başqa məsələlər də gündəmə gəlir.  Alimlərimiz hər saat, hər gün, demək olar ki, bu yöndə araşdırmalar aparırlar. Yeni sənədlərin əldə edilməsi nəticəsində onlar da bura cəlb olunar. Zəngəzurun tarixi ilə bağlı bir məqamı da vurğulayım ki, Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi  “Azərbaycan tarixi”nin 7 cildliyində, eləcə də başqa nəşrlərində çoxlu qısa məqalələr yazılıb, bu sahədə kitablar, monoqrafiyalar var” - deyə B.Həsənov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031