KÖHNƏ VERSİYA            

Rusiya mediası İlham Əliyevin səfərinə həmişəkindən isti yanaşdı...

Image

Şakir Ağayev: “Rusiya mətbuatında Azərbaycan Prezidentinin səfərinə bu cür isti münasibət sərginlənməsi müsbət tendensiyadır”

Rusiya mediası Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə geniş diqqət ayırıb. Bu  xəbərlərdə ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından bu görüşün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

TASS Agentliyində yer alan xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminlik ifadə olunur.

“RİA Novosti”, “Moskovski Komsomolets” nəşrləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə mühüm töhfə verməsi barədə fikirlərini diqqətə çatdırıb.

“İnterfaks” nəşrinin xəbərində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və bir sıra digər mövzularda müzakirələr aparılacağını bildirdiyi qeyd olunub.

“News.ru” hər iki ölkə prezidentinin bu il yenidən ali dövləti vəzifəyə seçildikdən sonra ilk dəfə görüşdüklərini xüsusi vurğulayıb. “Onların daha əvvəl başladıqları işləri davam etdirəcəkləri gözlənilir. Politoloqlar hesab edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici irəliləyişdən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək niyyətindədir”, - nəşrdə yayımlanan xəbərdə qeyd olunub.

“Arqumentı i faktı” nəşri də yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfəni xatırladıb. Nəşr qeyd edib ki, Vladimir Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona minnətdar olduğunu vurğulayıb.

“Qazeta.ru” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir” fikrini xüsusi vurğulayıb. “Bu gün iki dövlət başçısı Rusiya və Azərbaycanı birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə etməyi planlaşdırır. Eyni zamanda, Azərbaycan liderinin fikrincə, bu dəhliz yükdaşımaların təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Rusiya nəşrinin xəbərində bildirilib.

“Ren.tv”də yer alan xəbərdə Prezident Vladimir Putinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasını xüsusi vurğuladığına diqqət çəkilib. “Onun sözlərinə görə, bu rəqəm 4 milyard dollardan çoxdur. Bundan başqa, Rusiyanın yatırdığı 6 milyard dollarlıq sərmayə Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edir”, - deyə telekanalın xəbərində qeyd edilib.

“Sübut olundu ki, Azərbaycan öz müstəqil, stabil və uğurlu xarici siyasəti ilə regionda Rusiyanın etibar etdiyi ən yaxın tərəfdaş ölkələrdən biridir” 

Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfərinə Rusiya mediasının geniş yer ayırmasının səbəblərini şərh edən “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu qətiyyən təsadüfi sayıla bilməz və Azərbaycan-Rusiya əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyinin göstəricilərindən biridir. “Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərinə bu ölkənin mediasının geniş yer verməsi təbii qarşılanmalıdır. Birincisi, İlham Əliyevin Rusuya səfəri Azərbaycanın indiki diplomatik qələbəsindən sonra gerçəkləşib. Bu səfər sülhməramlıların Qarabağdan çıxmağa, eyni zamanda Ermənistanla delimitasiya prosesinin ilk mərhələsinin uğurla  başlanmasından, Azərbaycanın işğalda olan 8 kəndindən 4-nün bir güllə atılmadan geri qaytarılması barədə razılığa gəlinməsindən sonra baş tutub. Bundan əlavə, dünyada gedən mürəkkəb proseslər, Rusiyanın dünya nizamında oynadığı rol, bu ölkənin dünya nizamının birqütblülükdən çoxqütblülüyə dəyişməsində əsas faktor olduğu bir vaxtda, eyni zamanda rus-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki savaşın hələ davam etdiyi və başqa bu cür proseslərin fövqündə Azərbaycan Prezidenti Rusiyaya səfər edib. Bilirsiz ki, İlham Əliyev Baykal-Amur Magistralının 50 illiyi ilə bağlı çox mühüm bir tədbirə dəvət edilmişdi. Bu magistralın tikintisində o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Heydər Əliyevin böyük rolu olub, o bu komissiyaya sədrlik edib. Heydər Əliyevin bu magistralın əsrəyə gəlməsində müstəsna rolu vardı.

Rergionda gedən bugünkü proseslər göstərdi ki, Rusiyanın daim özünə müttəfiq saydığı, daim ondan aslı olan Ermənistan heç də etibarlı müttəfiq deyil, onun çətiri altından çıxıb Qərbin, Avropa Birliyinin çətiri altına düşmək istəyir. Gürcüstanla da vəziyyət məlumdur. Sübut olundu ki, Azərbaycan öz müstəqil, stabil və uğurlu xarici siyasəti ilə regionda Rusiyanın etibar etdiyi ən yaxın tərəfdaş ölkələrdən biridir. Bundan başqa, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, nəinki  Cənubi Qafqazın, eləcə də dünyanın təhlükəsizliyində Rusiya fundamental bir ölkədir. Prezident vurğuladı ki, Cənubi Qafqazın təhlükəsizliyinin təminatı Rusiyadan aslıdır”-deyə Ş.Ağayev bildirdi.

Ş.Ağayevin sözlərinə görə, Rusiya da çox yaxşı anlayır ki, təhlükəsizlik təminatının olması, regionda stabilliyin qorunmaı çox əhəmiyyətlidir. “O region ki, bu gün Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni söhbət Cənubi Qafqazdan gedir. Biz bilirik ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Rusiyaya qarşı Ukrayanadan sonra ikinci cəbhə açmağa cəhd ediblər. Bu Gürcüstanda alınmadı. Rusiya bilir ki, bunu Ermənistan vasitəsilə etmək istəyirlər. Azərbaycan müstəqil, stabil uğurlu siyasət aparan bir dövlət kimi, təbii ki, buna imkan vermir. Rusiya anlayır ki, Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycandan çox asılıdır, Azərbaycan bunun təminatçısı ola bilər”. 

Ş.Ağayev vurğuladı ki, iki ölkənin liderlərinin münasibətləri çox yüksək səviyyədədir, Əliyevin və Putinin görüşdə istinad etdiyi 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsi var, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi  4 milyard dollara çatıb, 6 milyard dollar həcmində Rusiya ölkəmizə sərmayə qoyub. “Ən əsası da, bu gün Rusiya və Azərbaycan üçün çox əhəmiyyətli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və “Zəngəzur dəhlizi”dir. İndiki sanksiyalar dövründə “Zəngəzur dəhlizi” Rusiyanın maraqlarına çox uyğundur. Təbiidir ki, bu bizim maraqlarımıza da tam uyğundur. Bu proseslər - Cənubi Qafqazda gedən və hələ də sona çatmayan böyük güc dövlətlərinin, maraqlı oyunçuların regionda maraq müharibəsi çərçivəsində  Azərbaycan kimi bir ölkənin rəhbərinin Rusiyaya səfəri və bu ölkənin prezidenti ilə danışıqları, təbii ki, Rusiya dövləti üçün çox önəmlidir. Rusiya mətbuatında Azərbaycan Prezidentinin səfərinə bu cür isti münasibət sərginlənməsi müsbət tendensiyadır. Çünki əvvəllər biz həmişə Rusiya mətbuatını ittiham edirdik ki, Azərbaycana qarşı birtərəfli mövqe tutulur, Azərbaycanın haqq işinə yer verilmir. Amma bu gün tarix hər şeyi yerinə qoydu və Azərbaycan Prezidentinin səfərinə çox böyük diqqət ayrılır. Hesab edirəm ki, bundan sonra da bu ənənə davam edər” - deyə Ş.Ağayev əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031