ABŞ Departamentinin hesabatında İrandakı azərbaycanlıların vəziyyətinə xüsusi yer ayrıldı...
ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqları ilə bağlı hesabata dair növbəti illik məruzə dərc edib. Trend bu barədə sözügedən məruzəyə istinadən xəbər verir.
Məruzəyə əsasən, İrandakı etnik azlıq qrupları, o cümlədən azərbaycanlılar hökumətin əsasən milli azlıqların yaşadığı bölgələrdə təbii sərvətləri, ilk növbədə su ehtiyatlarını qeyri-rasional idarə etdiyindən mütəmadi olaraq şikayət edirlər.
Məruzədə qeyd olunduğu kimi, bu da öz növbəsində yerli ətraf mühitə zərər yetirir və məcburi miqrasiya və etnik azlıqların daha da marjinallaşması ilə nəticələnir.
"Azərbaycanlılar bildirib ki, hökumət aktivistləri və təşkilatçıları təqib etməklə ayrı-seçkiliyə məruz qoyub və bəzi valideynlərə uşaqlarına türk adları verməyə icazə verməyib", - məruzədə qeyd olunub.