Ermənistan DİN minatəmizləmə işləri üçün Bağanis-Voskepar yolunu bağladı
Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün Bağanis-Voskepar yolunu bağlayıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistan DİN vətəndaşları bu ərazidən uzaq durmağa çağırıb.
Qeyd olunub ki, sərhədlərin delimitasiyasından sonra sərhəd xəttinin mühafizəsi sərhəd qoşunlarına ötürüləcək.