Rusiyanın İrandan aldığı dronlarla bağlı gizli planı – dronlara yandırıcı termobarik döyüş başlıqları da taxılacaq...
Rusiyanın İrandan aldığı “Shaded-136” model kamikadze pilotsuz təyyarələrini modernləşdirərək fərqli PUA-ya çevirdiyi ortaya çıxıb. “Telegram”da sızan və Rusiya mətbuatında geniş yer alan xəbərlərdə, Rusiyanın bu PUA-ları ölkənin Alabuqa bölgəsində modernləşdirdiyi bildirilir. Alabuqa Rusiyanın mərkəzi hissələrində yerləşən və Tatarıstanla əlaqəli kiçik sənaye şəhəridir. Bölgənin əhalisi təxminən 70 min nəfərdir.
Qeyd edilir ki, Moskva administrasiyası 50 kiloqramlıq partlayıcı daşıya bilən “Shaded 136”ları, modernləşdirərək 90 kiloqramlıq raket daşımaq gücünə gətirib. Sızdırılan məlumatlara görə, pilotsuz uçan aparat partladıqda parçalanacaq xüsusi materialla örtülüb. Bundan başqa, PUA yandırıcı termobarik döyüş başlıqları da daşıya biləcək.
Qeyd edək ki, Rusiya İrandan aldığı “Shaded-136” kamikadze dronları ilə dəfələrlə Ukrayna bazalarına və enerji mərkəzlərinə hücum edib.
TAHİR