ABŞ-da əyləncə gecəsində atışma olub, 2 nəfər vəfat edib
![Image](/uploads/posts/2024-04/17136738563523615615_1200x630.webp)
ABŞ-ın Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə şəhər polisinin “X” səhifəsində dərc edilmiş məlumatda deyilir.
Məlumata görə, yaralılardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ümumilikdə şənlikdə 200-300 nəfər iştirak edib.
Mətləb