“Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır" - Blinkendən AÇIQLAMA
"Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq."
Bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken "X" sosial şəbəkə hesabında bildirib. “Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.
Mətləb Salahov