Quterreşdən Azərbaycan və Ermənistana çağırış
"BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır." Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, baş katib aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışlayır”, - deyə məlumatda bildirilir.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - Düjarrik əlavə edib.
Mətləb