NATO-dan Moskvanı özündən çıxaracaq qərar – Ukraynaya Qərb silahları ilə Rusiya ərazisini vurmaq icazəsi verildi
NATO ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəlib. Baş katib Yens Stoltenberq bildirib ki, NATO-Ukrayna Şurasının iclasından sonra blok ölkələrinin müdafiə nazirləri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi ötürmək qərarına gəliblər.
O, həmçinin bəyan edib ki, Ukrayna silahlı qüvvələrinin ölkə ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirmək hüququ var. Stoltenberq bunu Ukraynanın özünümüdafiə hüququ ilə izah edib.
"Müttəfiqlər öz fəaliyyətlərini gücləndirməyə və Ukraynaya əlavə hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə sistemi göstərməyə razılaşıblar. Müttəfiqlərin hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” var ki, onları öz təhlükəsizliyinə təhlükə yaratmadan Ukraynaya ötürə bilərlər" - Stoltenberq mətbuat konfransında deyib.
O, bildirib ki, silah və sursatların tədarükü təkcə Ukraynaya hərbi əməliyyatlar keçirməyə imkan vermir, həm də NATO-nun təhlükəsizliyini təmin edir.
TAHİR