Bazar günü, 20 iyul 2025
     

Bədəndə həll olunmayan palma yağları ölkəyə niyə gətirilir? - Milli Məclisdə haqlı sual...

Image

Bu gün daxili bazarda satılan yağlarla bağlı məsələyə dəfələrlə toxunulsa da, vəziyyət dəyişmir. Danılmaz faktdır ki, hazırda yağ bazarında çox az çeşiddə kərə yağına rast gəlinir ki, onu da qiymətinin çox yüksək olması səbəbindən əhalinin əksəriyyəti ala bilmir. 

Gəlirləri kərə yağı almağa imkan verməyən əhali isə digər yağlara üstünlük vermək məcburiyyətindədir. Hazırda marketlərdə marqarin, palma, soya, günəbaxan, qarğıdalı yağları kifayət qədərdir. Palma yağının ziyanlı olması ilə bağlı yayılan fikirlər vətəndaşları illərdir narahat edir. Çünki marketlərdə satılan çox sayda şokolad və qidaların tərkibinə bu yağdan qatılır. Avropalı həkimlər bu yağdan istifadənin piylənmə və xroniki xəstəliklərin inkişafına gətirib çıxardığını deyir. Lakin istehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün səy göstərən istehsalçılar da var.

Bu məsələ Milli Məclisdə də müzakirə olunub. Millət vəkilləri palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsini təklif edir. Onların dediyinə görə,  palma yağlarının ərimə temperaturu 37 dərəcədir: "Əgər bu yağlar insan bədənində həll olunmursa, deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir".

Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağından istifadənin zərərləri ilə əlaqədar xəbərdarlıq edib. Aparılan təcrübə zamanı müəyyən edilib ki, palma yağı ilə qızardılmış qida ilə yemlənən siçanlarda altı ay ərzində ürək xəstəlikləri əlamətləri müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edirlər ki, palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Ekspertlərin apardığı təhlillər zamanı məlum olub ki, dünyanın 23 ölkəsində palma yağının istehlakı ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə var.

Pərvanə Mustafayeva:" Palma yağının tərkibində xolesterol olmasa da, ürək çatışmazlığı xəstəliyinə səbəb olan xüsusiyyəti var"

Həkim ekspert Pərvanə Mustafayeva "Bakı-Xəbər"ə şərhində bildirdi ki, palma yağının tərkibində xolesterol olmasa da, ürək çatışmazlığı xəstəliyinə səbəb olan xüsusiyyəti var. Həzm sistemi üçün də təhlükəli hesab edilir: "Tərkibində doymuş yağlar olduğu üçün yüksək kaloriyə sahibdir və kökəlməyə səbəb olur. Azərbaycanda satılan kərə yağlarının heç biri standartlara uyğun deyil. Əslində, istifadə etdiyimiz yağlar dad xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış yağlardır. Palma və müxtəlif bitki yağları buna misaldır. Bununla bağlı dəfələrlə məsələ qaldırılıb, lakin yağ bazarına nəzarət edən strukturlar bunu qətiyyətlə təkzib edir. Onu sübut etmək üçün isə əlimizdə xüsusi bir laboratoriya olmalıdır. Ümumiyyətlə, sübut olunub ki, yağların həddən artıq qızardılması, dağ edilməsi nəticəsində kanserogen tipli maddələr əmələ gəlir. Onlar da çökərək damar divarlarını qalınlaşdırır. Ürək-damar xəstəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasına səbəb ölkədə qidalanma məsələsidir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir".

Eyyub Hüseynov: "Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır" 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ölkədə qida ilə bağlı ciddi problemlər var: "Danılmaz faktdır ki, Azərbaycan istehlakçıları digər ölkələrlə müqayisədə apteklərə çox üz tutur. Xəstəxanalarda həkim qəbulunda növbələr yaşanır. Son illər xəstəliklərin artması əslində istifadə olunan qidanın keyfiyyəti ilə bağlıdır. Əksər dünya ölkələri uzunömürlüyünə görə Azərbaycandan öndədir. Bunun da səbəbi, təbii ki, keyfiyyətsiz qidalardır. Keyfiyyətsiz qidalara yağ, çörək, şirniyyat, müxtəlif növ içkilər və digərləri daxildir. Məlumat üçün bildirim ki, palma yağları iki cür olur: palmanın toxumu və gövdəsindən hazırlanan yağlar. Toxumdan hazırlanan yağlar normaldır, Avropa bazarında da satılır.   Ancaq gövdəsindən və yarpağından hazırlanan yağlar sənaye üçündür. Təəssüf ki, bizdə bu yağlar sərbəst şəkildə satılır.   Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910