Vanqa İranın İsrailə hücumu ilə bağlı nələr deyib? - “Qızıl Düşmən”lə müharibə 3-cü Dünya Müharibəsini və nüvə savaşını alovlandıracaq...
1911-ci ildə Makedoniyada anadan olan Vangeliya Pandeva Dimitrova bütün dünyada “Baba Vanqa” kimi tanınır. Ömrünün çox hissəsini Bolqarıstanda keçirən Vanqanın mistik güclərə malik olduğu iddia edilir. Baba Vanqanı öyrənən və araşdıran bir çox insan onun son illər əvvəl baş vermiş bir sıra mühüm hadisələri öncədən gördüyünü iddia edir. Bu hadisələrdən ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.
Vanqanın sözlərinə görə, 2024-cü ildə xüsusilə Avropada terror aktları artacaq. Eyni zamanda, bir fövqəldövlət bioloji silahlarını sınaqdan keçirəcək və ya başqa ölkədə istifadə edəcək. Qlobal iqtisadiyyat 2024-cü ildə ölkələrin borclarının artması və geosiyasi problemlərin kəskinləşməsi səbəbindən böyük iqtisadi böhran yaşayacaq. Yer atmosferində karbon qazının artması səbəbindən temperatur hər il yüksəlir. Bu kontekstdə Vanqa 2024-cü ildə dəhşətli hava hadisələri və təbii fəlakətlərin baş verəcəyini düşünür.
Proqram təminatı sahəsindəki inkişafdan sonra sayları artan hakerlər bir çox ölkənin elektrik, su, təmizləmə və digər mühüm infrastrukturlarını hədəfə alacaq. Nəticədə bir çox ölkədə təhlükəsizlik boşluğu səbəbindən xaos yaranacaq.
Baba Vanqanın Üçüncü Dünya Müharibəsi ilə bağlı proqnozlarına nəzər saldıqda onun diqqətini iki ölkəyə yönəltdiyini görürük - İsrail və İran.
Britaniya mediası, Baba Vanqanın bu kəhanətini iki ölkə arasında gərginliyin artması və İranın hücumundan sonra “tükürpədici” kimi şərh edib. “Mirror” qəzeti yazıb ki, Vanqa illər əvvəl İranın İsrailə hücum edəcəyi barədə öncəgörənlik edib.
Baba Vanqa Çinlə dünya ölkələri arasında müharibənin olacağını da proqnozlaşdırıb və Pekini “Qızıl Düşmən” kimi təsvir edib. Vanqanın fikrincə, “Qızıl Düşmən”lə müharibə Üçüncü Dünya Müharibəsini və nüvə raketlərini alovlandıracaq.
Hər zaman təsadüfən doğru çıxan kəhanətləri ilə tanınan Vanqanın təbii ki, gerçəkləşməyən proqnozları da var. Onlardan biri ABŞ-ın 45-ci prezidentinin ölkəni yıxacağı idi, lakin Donald Trampdan sonra ABŞ hələ də super güc kimi dünyaya liderlik etməkdə davam edir. Vanqa 2010-2014-cü illər arasında nüvə müharibəsinin olacağını da bildirib, lakin bu kəhanət də özünü doğrultmayıb.
TAHİR