Slovakiyanın baş naziri Ukraynanın itirilmiş ərazilərindən “əlini tam üzdü” – Ruslar o ərazilərdən heç vaxt imtina etməyəcəklər
Slovakiyanın baş naziri Robert Fiko parlamentin Avropa İttifaqı ilə iş üzrə məsul komitəsinin üzvləri ilə görüşündə Rusiyanın ələ keçirdiyi Ukrayna əraziləri ilə bağlı açıqlamalar verib.
"Beynəlxalq hüquqa gəldikdə, hər birimiz başqa bir ölkənin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyırıq. Bu, beynəlxalq hüququn yaxşı bir nəzəriyyəsidir, lakin mən deyirəm ki, ruslar Krımdan heç vaxt imtina etməyəcəklər, Donbas və Luqanskdan heç vaxt çıxmayacaqlar” - deyən baş nazir Ukraynanın gündən-günə hərbi gücünü və ərazisini itirdiyini iddia edib.
Rusiya-Ukrayna müharibəsində hərbi həllə nail ola bilməyəcəyini və hər iki tərəfdən də daha 100 mindən çox insanın öləcəyini deyən Fiko, müharibənin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Baş nazir Fiko deyib ki, yalnız bundan sonra danışıqlar aparan şəxslər, məsələn, Ukraynanın şərqində Rusiyanın nəzarətində olan bölgələr üçün xüsusi status təklif edə, sonra isə bu bölgələrin gələcəyi ilə bağlı orada referendum keçirilə bilər.
Tahir TAĞIYEV