KÖHNƏ VERSİYA            

Naxçıvanda tarixi abidələrin bərpasına başdansovdu münasibət açılır...

Image

Faiq İsmayılov: “Təəssüflər olsun ki, bu tarixi abidənin bərpası zamanı ciddi nöqsanlara yol verilib və bu sonda hazırkı vəziyyətin yaranmasına səbəb olub”

Azərbaycanda abidələrin bərpasında bir sıra hallarda ciddi nöqsanlara yol verildiyini dəfələrlə ekspertlərin dilindən eşitmişik. Təəssüflər olsun ki, çox zaman bu prosesə bərpaçı mütəxəssislər, qruplar cəlb edilmədiyi üçün dövlət vəsiti hesabına bərpa olunan abidələrin əksəriyyətində ciddi problemlər müşahidə edilir.

Bir sözlə, Azərbaycanda belə başdansovdu bərpa edilən abidələr az deyil. Azərbaycan dövlətinin bir parçası olan Naxçıvanda da, Azərbaycanın başqa yerlərində də abidələrin bərpasına başdansovdu yanaşma özünü göstərir. Çünki tarixi abidələrin bərpasında bir çox qaydalar gözlənilmir, lazımı materiallardan istifadə edilmir və sair. Şübhəsiz ki, keçmişdə əlaqədar nazirliklərə rəhbərlik edənlərin zamanında  çox vaxt abidələrin bərpası peşəkarlara yox, öz yaxınlarına məxsus şirkətlərə verilib, yəni tenderdə onları qalib ediblər, nəticədə isə ortaya acınacaqlı mənzərə çıxıb. 

Mətbuatda yayılan məlumata görə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın ön divarlarından birinin uçmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına görə, hadisədən dərhal sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qala divarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib:

"Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzi binaları uğursuz restavrasiya zamanı sökülüb, köhnə torpaq divarlarına metal tor çəkilərək təbii sal daşı və sement əsaslı tikinti materialları ilə üzlənib. Restavrasiya zamanı yol verilən ciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir.

Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.

Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib".

Onu da vurğulayaq ki, Talıbovun dövründə Naxçıvan abidələrinin bərpası zamanı ciddi qüsurlara yol verildiyi barədə çox danışılır. Naxçıvan Xan Sarayının, Gülüstan türbəsinin və başqa abidələrin bərpasında müasir materiallardan istifadə edildiyi, hətta bir çox köhnə abidələrin “yevroremont” edildiyi barədə fikirlər var. Azərbaycanın digər yerlərində də bərpa adı altında tarixi abidə və binaları “yevroremont” ediblər. Bu da acı gerçəklikdir. Təbii, “Naxçıvanqala”da baş verənlər digər abidələrin timsalında da yaşana bilər. 

“Nəinki Naxçıvanda, eləcə də digər ərazilərimizdə abidələr olduqca keyfiyyətsiz bərpa olunur” 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Naxçıvanqala”nın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən qalanın ön divarlarından birinin uçması çox narahatedici məqamdır. “Təəssüflər olsun ki, bu tarixi abidənin bərpası zamanı ciddi nöqsanlara yol verilib və bu sonda hazırkı vəziyyətin yaranmasına səbəb olub. Bu abidənin o şəkildə “bərpa” edilməsi tamamilə bərpa qaydaları ilə ziddiyyət təşkil edir. Ona görə ki, bərpa yeni kosmetik düzəlişlərlə binanı gözəlləşdirmək deyil, bərpa var olan memarlıq tikintisini, quramasını olduğu kimi restavrasiya edib insanlara çatdırmaqdır. O qalanın üst divarları mərmər, yaxud da başqa daşlarla üzlənib. Bu yolverilməzdir. Abidələrin bərpasında bu cür hallar qəbuledilən deyil. Bizim bədbəxtliyimiz odur ki, Azərbaycanda abidələrin bərpası ilə məşğul olan kadrları yetişdirən məktəblər, hətta peşə təhsili belə yoxdur. Bu baxımdan, biz abidələrin bərpasında çox əziyyət çəkirik. Nəinki Naxçıvanda, eləcə də digər ərazilərimizdə abidələr olduqca keyfiyyətsiz bərpa olunur və abidələrin bərpası zamanı müəyyən nüanslar unudulur. Məsələn, hansısa bir abidənin bərpası gündəmdədirsə, yaxud plana salınıbsa, bu abidələr bərpa olunasdırsa onun mühafizə sahəsində əvvəlcə arxeoloji qazıntılar aparılmalıdır. Burada Milli Elmlər Akademiyasının uyğun elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət qrup tərəfindən tədqiqatlar, analizlər aparılmalıdır.  Divarların, qazılan ərazilərin müayinəsi həyata keçirilməlidir və orada hansısa eksonatlar aşkar edilməyibsə həmin ərazidə yaşıllaşdırma işləri aparıla bilər”-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılovun sözlərinə görə, görünür, “Naxçıvanqala”da  divarların bərpası həyata keçirilməyib, sadəcə divarlar keyfiyyətsiz şəkildə üzlənib, altda qalan zədələnmiş hissə isə təbiət hadisələrinə davam gətirə bilməyib uçub. “Ümumilkdə götürdükdə, bizim işğaldan azad edilən ərzilərdəki abidələrin bərpasında da nöqsanlara yol verilir. Məsələn, Şuşa şəhərində Aşağı Gövhər ağa və Yuxarı Gövhərağa,  Saatlı məscidlərinin köhnə şəkillərlə bərpadan sonrakı şəkillərinə baxsanız görərsiz ki, nə qədər rəng çalarlrı dəyişdirilib, nə qədər çox uyğunsuzluqlar var. Bərpa işinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Büdcədən ayrılan vəsait elə istifadə olunmalıdır ki, həm xalqın, həm də mədəniyyətimizin təqdimatında bir amilə çevrilsin. Bu nöqsanlar ondan qaynaqlanır ki, bərpa ərəfəsində ekspert qrupundan istifadə edilmir, işi daha tez başa çatdırmaq üçün bərpanı başdansovdu edirlər. Daha yeni   abidələr bərpa edim, daha çox pul qazanım prinsipi ilə işə yanaşılması bizim həm tariximizi, həm abidələrimizi məhv edir. Azərbaycan dövləti öz ərazilərini necə işğaldan azad etdisə, əminəm ki, tarixinin və mədəniyyətinin qorunmasına da o cür ciddi qayğı göstərəcək, bu cür problemlərin öhdəsindən gələcək. Güman edirəm ki, gələcəkdə bərpaçılar məktəbləri yaradılacaq və və bərpaçılar nəsli yetişdiriləcək. Biz nəyə görə xaricdən bərpaçılar dəvət etməliyik, nə üçün Azərbaycan bərpaçıları qonşu ölkələrdə abidələrin bərpasına dəvət edilməsinlər? Bu baxımdan fikirləşməyə dəyər”-deyə F.İsmayılov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031