Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ...
Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib. Bu barədə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması haqqında jurnalistlərin sualını cavablandıran Kremlin sözçüsü Peskov bildirib.
“Bəli, həqiqətən də belədir” - deyə o bildirib.
Bundan əvvəl sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.
Xatırladaq ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
TAHİR