Fransa səfirinin Bakıdan getməsinin "yasını tutası" deyilik ki...."Aydınlaşmalı niyyət" Fransanındır, Azərbaycanın yox...
Fransa hökuməti Azərbaycandakı səfirini geri çağırmaqla ölkəmizə münasibətdə düşmənçilik siyasətini davam etdirəcəyini bir daha nümayiş etdirdi." Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb. A.Quliyev daha sonra yazır:
"Fransa XİN- in bununla bağlı yaydığı məlumatda aşkar şəkildə reallığın ziddinə olan qeyri - səmimi və ikiüzlü mülahizələrə ayrıca münasibət göstərmək lazımdır. Fransa hökumətinin Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə guya hörmətlə yanaşdığını dair fikri adi ikiüzlülükdən başqa bir şey deyil. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək hara, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinə bu qədər düşməncəsinə yanaşmaq hara?! Azərbaycanın yaratdığı yeni reallıqlara qarşı iqnoredici və təxribatçı siyasət Azərbaycanın ərazi bütövlüyünün səmimi şəkildə dəstəklənməsi niyyətindən çox- çox uzaqdır. Ermənistanın sülh sazişinə təşfiq edilməməsi ,onun silahlandırılması əslində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlamətidir. Azərbaycana hörmət edən ölkə burada cəsus şəbəkəsi saxlamaz.
Fransa hökumətinin, şəxsən Makronun "Azərbaycanın öz niyyətlərinə aydınlıq gətirməsini arzu etməsinin" adi riyakarlıq nümunəsi olmasına heç söz yoxdur. Azərbaycanın burada aydınlaşmağa ehtiyac duyulan hansı niyyəti var ki?! Azərbaycan aylar, illər boyu təmkin göstərdi, hər şeyi açıq ifadə etdi, Fransanın birtərəfli və qərəzli siyasətdən, bölgəmizdə sülhü təhdid edən məqsədyönlü addımlardan geri çəkilməsini gözlədi. Əvəzində gördüklərimizin təkcə birini qeyd etməklə Fransanın nə qədər irticaçı mövqe tutduğuna əmin olmaq olar. Makron açıq dedi ki, biz Ermənistanı tək buraxmayacağıq. Həm də bunu elə vaxtlarda deyib ki, Ermənistan işğal etdiyi ərazilərdən öz xoşu ilə çıxıb getmək niyyətində deyildi .Əslində aydınlaşdırılması və etiraf edilməsi çox vacib olan məhz Fransanın özünün niyyətləridir ...Sülh sazişi imzalamaqdan qaçan Ermənistanı silahlandlrmaqda məqsədin nə olduğu bizə aydındır.
Makron Azərbaycandakı səfirini ölkəsinə çağırmaqla Azərbaycana barışmaz düşmənçiliyini bir daha göstərdi. Bu addım onun ifadəsidir ki, Fransa hakimiyyəti Azərbaycana qarşı apardığı düşmən siyasətin qarşısında münasibətlərin bir daha normallaşacağına özü inanmır. Bir daha göstərilir ki, Makron Azərbaycanla bağlı ,bütünlüklə bölgə ilə bağlı siyasətinin yanlışlığını başa düşmək və nəticə çıxarmaq istəmir. Artıq heç bir şübhə yeri qalmır ki, Azərbaycana qarşı aparılan revanş siyasətinin mərkəzi Yerevandan çox, Paris imiş....
Əslində bu siyasətlə Makron Fransanın Cənubi Qafqazda iştirak perspektivini tam qapatdı.
Fransa səfirinin Azərbaycandan getməsi nə böyük hadisədir ki?! Oturub bunun "yasını tutası" deyilik ki? ...Faktın tarixi əhəmiyyəti budur ki, Fransa hökuməti Azərbaycan üçün kim olduğunu qəti şəkildə göstərdi...."
Mətləb