Viktor Orban Avropa Birliyini yenə "bombaladı" - "hamısı uğursuzluğa düçar olub"
Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasınnı sədri Ursula fon der Leyenin bəyanatına münasibət bildirərkən bəyan edib ki, Avropa Birliyinə yeni liderlər lazımdır. Brüssel qanunun aliliyi və şərtilikdən siyasi şantaj kimi istifadə edir. "İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub."
Xatırladaq ki, Avropa Komissiyasınnı sədri Ursula fon der Leyen bildirib ki, Macarıstan miqrasiya və anti-gender siyasətlərinə görə Aİ fondlarından pul almayacaq.
Mətləb Salahov