Zelenski Qərbin İsrailə dəstəyini qısqandı - O, da NATO üzvü deyil...
Ukrayna prezidenti, NATO üzvü olmayan İsrailə verilən dəstəyi misal çəkərək, növbəti dəfə Ukraynaya dəstək çağırışı edib.
“Azad dünya İsraili müdafiə etməklə belə bir birliyin nəinki mümkün, hətta yüz faiz effektli olduğunu göstərdi” - Zelenski “Telegram”dakı paylaşımında deyib.
Prezident deyib ki, İsrail kimi NATO üzvü olmayan Ukraynanı da terrordan qorumaq mümkündür.
Qeyd edək ki, Ukrayna son aylarda Rusiyanın hücumlarını dəf etmək üçün təcili olaraq ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Qərbdən gələn yardımın gecikdirilməsi ilə bağlı
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Qərbin İsrailə dəstəyini xatırladaraq ölkəsinə ən qısa zamanda daha çox dəstək verməyə çağırıb: "Müttəfiqlər sıx koordinasiyalı şəkildə hərəkət etdikdə, bir raketin belə hədəflərə çatmadığını, İsraildəki hədəfləri vura bilmədiyini görürük".
Tahir TAĞIYEV