İsrail İrana qarşı əks-hücumla bağlı qərarını verdi – TƏFƏRRÜATLAR...
Son bir neçə gündür dünyanın diqqəti İsrailin İrana hücumunun nə vaxt və necə baş verəcəyinə yönəlib. İran administrasiyası İsrailin mümkün hücumuna “saniyələr içində” cavab verəcəyini bəyan etməsinə baxmayaraq, 5-ci dəfə toplaşan İsrail Hərbi Kabineti qərara hücum qərarı verib.
Məlumatlara görə, Hərbi Kabinet, Tehrana qarşı hücumun növünə qərar verib, lakin zamanla bağlı hələlik razılığa gələ bilməyib. “The Jerusalem Post” qəzetinə danışan mənbələr də bildirib ki, İsrail qüvvələri İrana qarşı əks-hücumun vaxtına deyil, əks-hücumun necə keçəcəyinə qərar verib.
İsrail Baş Qərargah rəisi general-leytenant Herzi Halevi hərbi əməliyyatın vaxtının çox yaxın olmadığına eyham vurub.
İsrail mətbuatında yer alan xəbərə görə, Hərbi Kabinetin verdiyi qərarlar belədir:
- İsrail əks hücuma keçmək üçün fürsət gözləyir.
- İrana qarşı cavab tədbirinin növünə qərar verdi, lakin vaxtla bağlı ciddi fikir ayrılığı var.
- Bəzi nazirlər dərhal hərəkətə keçilməsini, bəziləri isə beynəlxalq əlaqələrlə razılaşmaları gözlənilməsini istəyirlər.
İsrailin “Times of Israel” qəzetinə danışan mənbələrə görə, İsrailin İrana qarşı hücum planları belədir:
- Hələlik İsrailin planı İrana cavab hücumunu məxfi saxlanmasıdır.
- Buna görə də İsrail İrana hücumu gecikdirir. Beləliklə, İsrail İranın daha da narahat olmasını istəyir.
- İsrailin Tehran administrasiyasına cavabı İranın daxilində və ya xaricində ola bilər.
Tahir TAĞIYEV