KÖHNƏ VERSİYA            

Məişət zorakılığının cəzası artdı - 15 gün həbs...

Image

Fatimə Hacıbəyli: “Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi vacib idi”

Məişət zorakılığı qadınların və uşaqların ailə daxilində yaxınları - ataları, qardaşları, həyat yoldaşları və s. tərəfindən psixoloji, maddi-mənəvi, iqtisadi-sosial, fiziki təzyiqlərə məruz qalmasıdır. 

Yəni qadın və uşaqlar ailədə döyülür, söyülür, ac saxlanılır, psixoloji təzyiqlərə məruz qalır. Çox acınacaqlı vəziyyətdir ki, ölkədə ictimai qınaq da bu sahədə öz işini görmür.

Ölkəmizdə məişət zorakılığından əziyyət çəkənlərin sayını azaltmaq üçün qanunvericiliyə dəyişiklik edilib. Belə ki, məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə cərimə tətbiq ediləcək. Həmçinin, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə inzibati tənbeh almış şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

“Məişət zorakılığı və gender əsaslı zorakılığın qarşısını almaq üçün əsas məsələlərdən biri də ümumiyyətlə zorakılığa məruz qalan şəxslərin təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsidir” 

Məişət zorakılığının qarşısının alınması məqsədilə qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı fikir bildirən “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qanunvericiliyin sərtləşdirilməsi vacib şərtlərdən biridir: “Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kifayət qədər addımlar atılır. Buna baxmayaraq, hələ də məişət zorakılığından əziyyət çəkənlər var. Məişət zorakılığı deyəndə fiziki, iqtisadi, cinsi və psixoloji təzyiq nəzərdə tutulur. Danılmaz faktdır ki, bu gün qadınların bir qismi işləmir. Belə olan halda onlar yoldaşlarından və ya atalarından iqtisadi asılı olur. Bəy qadına   maddi dəstək olmamaqla ona iqtisadi zorakılıq tətbiq edir. Məişət zəminində fiziki zorakılıq - qəsdən fiziki təzyiq göstərmə, yəni zor tətbiq etməklə təhlükəsizliyi pozma, döymə, sağlamlığa zərər vurma, işgəncə vermə, azadlıq hüququnu məhdudlaşdırma kimi izah olunur ki, bu da fiziki zədəyə, habelə həyati təhlükəli vəziyyətə səbəb ola bilər. Psixoloji zorakılıq qəsdən psixi təzyiq göstərmə və ya dözülməz psixi şərait yaratma (hədə-qorxu, təhqir, şəxsiyyəti alçaltma və s.) kimi izah olunur. Cinsi zorakılıq zərərçəkmiş şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcburetmə (zorlama, cinsi əlaqəyə, o cümlədən qeyri-ənənəvi cinsi əlaqəyə girməyə məcburetmə və s.) deməkdir. Ümumiyyətlə, məişət zorakılığının qurbanları əsasən qadınlardı və zorakılığı törədən şəxslərin böyük əksəriyyəti kişilərdi. Əgər bir ailədə məişət zorakılığı qadına qarşı baş verirsə, bu həm də uşaqlara qarşı baş vermiş sayılır. Həm atanın anaya şiddət göstərməsi uşaqlara təsir edir. Ana bəzən psixoloji baxımdan o həddə çatır ki, ona yönələn şiddətin acığını uşaqlardan çıxır, onlara qarşı zorakılıq edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, məişət zorakılığı və gender əsaslı zorakılığın qarşısını almaq üçün əsas məsələlərdən biri də ümumiyyətlə zorakılığa məruz qalan şəxslərin təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsidir: “Kişilərlə ayrıca iş aparılmalıdır. Bu kampaniyada dövlət qurumları, qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyətlərinin üzərinə məsuliyyət düşür. Zorakılıq törədən şəxslərin təkcə həbs yox, eyni zamanda, məcburi psixoloji reabilitasiyadan keçmələri üçün tədbirlər planı olmalıdır”.

Birlik sədri hesab edir ki, məişət zorakılığının qarşısının alınması məqsədilə cəzaların sərtləşdirilməsi təqdirəlayiqdir. Problemli ailələrdə kişilər cəzaların sərtliyini biləndən sonra zorakılıqdan uzaq durmağa çalışacaq. 

Günel CƏLİLOVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031