Türkiyənin Ukrayna- Rysiya sülh planı təklifi real deyil....
"Türkiyənin Rusiya və Ukraynaya təklif etdiyi 8 maddəlik sülh planının baş tutması mümkün olan şeyə oxşamır. Planın mahiyyəti Ukrayna üçün Avropa Birliyinin üzvü olmaq xatirinə işğal altındakı ərazilərini itirmək, Rusiya üçünsə 2040- cı ilədək atəşkəs əldə edərək özünü toparlamaq imkanı deməkdir." Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsindəki paylaşımında yer alıb. A.Quliyev daha sonra yazır:
"Təklif edilən 8 maddəlik layihənin təhlili bu qənaəti yaradır. Zelenskinin bu plana razılıq verəcəyi heç inandırıcı deyil.
Rusiya ona "göydə razılaşacaq".Niyə də yox?!Layihə qəbul olunsa, Ukraynanın NATO üzvü olması məsələsi 2040- cı ilədək gündəmdən çıxacaq, hazırda işğal etdiyi Krım, Donetsk, Lyqansk və digər ərazilər 2040- cı ilədək indiki kimi Rusiyanın nəzarətində qalacaq,bu da ona imkan verəcək ki, 2040- cı ildə bu ərazilərdə keçiriləcək referendumda istədiyi nəticəni ala bilsin ...
Zelenski və onun " bloku " bunları görməyə bilər?"
Mətləb