Rusiya Fransanı ölkədən qovan Nigerə əsgər və hava hücumundan müdafiə sistemi göndərdi
Niger Dövlət televiziya Rusiyanın personalı, hərbi təlimçilər və hava hücumundan müdafiə sistemlərinin ölkəyə çatdığını bildirib. Dövlət televiziyasına danışan bir rus, iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və ordunu gücləndirmək üçün Nigerə gəldiklərini söyləyib.
Qeyd edək ki, Niger 2023-cü ilin iyulundakı hərbi çevrilişdən qısa müddət sonra Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etdi və Fransa səfirini ölkədən qovub.
Niamey rəhbərliyi, Nigerdə təxminən 1000 əsgəri və dron bazası olan Amerika Birləşmiş Ştatları ilə də hərbi əməkdaşlıq müqaviləsini dayandırıb.
TAHİR