Bursad sərnişin avtobusu yanıb
İstanbul-İzmir magistral yolunda hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən Bursa vilayətindəki Orhangazi tunelinin girişində yanıb. Alov qısa müddətdə bütün avtobusa yayılıb, 39 sərnişin dərhal təxliyə edilib.
Tüstüdən zəhərlənən 3 sərnişinə yerində tibbi yardım göstərilib. Ümumilikdə 16 sərnişin yaxınlıqdakı xəstəxanaya göndərilib. Onların həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib. Avtobus yararsız hala düşüb, İstanbul-İzmir yolu bir müddət bağlı qalıb.
Mətləb Salahov