Macarıstandan NATO-ya sərt xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsində qırmızı xətləri keçirsiz...
Rusiya ilə Ukrayna arasında müharibə üçüncü ildir ki, səngimədən davam edir. NATO-nun son toplantısından sonra Rusiya ilə Ukrayna arasında gərginlik pik həddə çatıb. Digər tərəfdən NATO-nun Ukraynanı silahlandırması Macarıstan tərəfindən sərt şəkildə tənqid olunur. Xarici işlər naziri Peter Szijjarto NATO-nun qırmızı xətləri keçdiyini bəyan edərək və bildirib ki, Ukraynaya silah verilməsəydi, sülh çoxdan bərqərar olardı.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri NATO-nun Rusiya ilə birbaşa münaqişədən qaçdığını bildirən Szijjarto Brüsseldə keçirilən NATO-Ukrayna Şurasının Xarici İşlər Nazirləri toplantısında alınan qərarın NATO ittifaqını müharibəyə yaxınlaşdırdığını iddia edib.
Szijjarto, ölkəsinin NATO-nun koordinasiya rolunun artırılmasından qaynaqlanacaq heç bir fəaliyyətdə iştirak etməyəcəyini və maliyyə dəstəyi verməyəcəyini deyib. Qeyd edib ki, ukraynalı əsgərlərin təlimi və Ukraynaya silah nəqli yolu ilə NATO-nun koordinasiya rolunun artırılması təklifi NATO-nun Ukrayna-Rusiya müharibəsinin başlanğıcında özü cızdığı qırmızı xətləri aşmasıdır.
O, bildirib ki, Qərbin Ukraynaya verdiyi silahlar döyüş meydanında heç bir uğur gətirməyib: "Ukraynalılar silah almasaydı, nələr olacağını bilmirik. Sülh çoxdan əldə edilə bilərdi".
TAHİR