KÖHNƏ VERSİYA            

Ermənistanın anti-Rusiya sanksiyalara fəal dəstəyi təsdiqləndi...

Image

Əli Mustafa: “Görünür, Paşinyan bununla bağlı Aİ-nin yeni istəkləri ilə razılaşıb”

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü çərçivəsində Ermənistana Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində Aİ-nin səylərinə qoşulduğu üçün təşəkkür edib: 

“Xüsusilə ölümcül texnika və texnologiyaların Rusiya ordusunda bitməməsinə əmin olmaq. Bu, Ermənistanın və Aİ-nin ortaq dəyərləri və ortaq maraqları olduğunu göstərir. Bu, Ermənistanla Avropa İttifaqı arasında artan yaxınlaşmanı, iki tərəfin məqsəd və maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir”.

Ursula Fon der Lyayenin açıqlamasından belə məlum olur ki, faktiki olaraq Ermənistan Rusiyanın əleyhinə fəaliyyət göstərir və sanksiyaların mexanizminin icrasına dəstək verir. O baxımdan maraqlıdır, Ursulanın bu açıqlamasından sonra Rusiyanın Ermənistana münasibəti hansı formada dəyişə bilər? Ümumiyyətlə, bundan sonra iki ölkə münasibətlərində nə gözlənilir?

“Ermənistan praktiki olaraq buna gedərsə, bu, Moskva-İrəvan münasibətlərini daha da gərginləşdirə bilər” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa buna bir neçə aspektdən yanaşdı: “Üçtərəfli görüşdə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Ermənistanla bağlı açıqlaması doğrudan da maraqlıdır. Yəni o qeyd edir ki, Rusiyanın sanksiyalardan yayınmasının qarşısının alınması istiqamətində Avroittifaqın səylərinə qoşulmasına görə Ermənistana təşəkkür edir. Bu o deməkdir ki, göstərilən məsələlərlə bağlı Ermənistan Rusiyaya qarşıdır və Aİ bunu rəsmən təsdiq edir. İlk baxışdan belə təəssürat yaranır. Ancaq hesab edirəm ki, Ursulanın bu açıqlaması obyektiv deyil. Xüsusən də iqtisadi müstəvidə. Ona görə ki, ötən il Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin dinamikasına baxsaq tamam fərqli mənzərə ortaya çıxır. Söhbət ondan gedir ki, ötən il Ermənistanın Rusiyaya ixracatı 7,3 milyard dollar olub. Bu isə o deməkdir ki, Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsinə birbaşa kömək edib. Çünki birdən-birə Ermənistan kimi balaca ölkə bu qədər məhsulu Rusiyaya ixrac edə bilməz. Ən azından ona görə ki, hazırda Ermənistanın belə bir imkanı yoxdur. Deməli, Ermənistan Rusiyaya qadağan olunmuş məhsulları ötürmək hesabına belə böyük göstərici əldə edib. Ursula hərbi təyinatlı məhsullara eyham vurur. Ancaq nəzərə almaq lazımdır ki, mikro çiplər də hərbi təyinatlı məhsulların hazırlanmasında istifadə edilir. Rusiyaya çip ixrac edən ölkələrdən biri elə Ermənistandır. Ancaq o da ola bilər ki, görünür, Paşinyan bununla bağlı Aİ-nin yeni istəkləri ilə razılaşıb. Bu səbəbdən Ursula belə bir açıqlama ilə çıxış edib. Söhbət hərbi sənayedə istifadə olunan hansısa yüksək texnologiyalardan gedə bilər. Güman ki, bundan sonra Ermənistan həmin məhsulların Rusiyaya ötürülməsinə imkan verməz. Yoxsa birdən-birə Ursula bu məsələyə toxunmazdı. Ermənistan praktiki olaraq buna gedərsə, bu, Moskva-İrəvan münasibətlərini daha da gərginləşdirə bilər”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031