Yaxın Şərqdə böyük müharibə təhlükəsi - üç ölkə qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdi...
ABŞ, İsrail və İran öz silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Trend xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, bu hazırlıq İranın Dəməşqdəki konsulluğuna İsrailin hücumundan sonra ölkənin cavab verəcəyi ilə bağlı açıqlamaların fonunda baş verib.
"İran həmçinin bütün silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib və İranın Dəməşqdəki hücuma birbaşa cavab verməli olduğuna dair qərar qəbul edilib", - deyə nəşr iki İran rəsmisinə istinadən yazıb.
Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket zərbəsi endirib, nəticədə azı 6 nəfər həlak olub.