KÖHNƏ VERSİYA            

Ermənistanı hərbiləşdirmək üçün yeni "ideologiya" uydurdular - "öldürməyən silah olur?"...

Image

İbrahim Rüstəmli: “Bu mənada “öldürməyən silahlar”, əlbəttə, Avropanın və bir sıra Qərb dövlətlərinin Cənubi Qafqazda oynadığı şoudur”  

Aİ Ermənistana “atəş açmayan” silahlar verəcək. Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir. 

Azadlıq radiosunun yaydığı məlumata görə, bu barədə Aİ-nin səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.

Bu nə yeni uydurmadır, "öldürməyən silah" olur?

“Aİ-nin də, Qərb dövlətlərinin də Ermənistanı silahlandırması, bununla da onu Azərbaycana qarşı tətikləməsi prosesi fiaskoya uğrayacaq” 

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Cənubi Qafqazda maraqları toqquşan dövlətlərin çox ciddi rəqabəti prosesi gedir. “Bu rəqabətdə əsas fon Rusiya-Ukrayna müharibəsidir. Yəni Rusiyanın Ukrayna ilə bağlı yaşadığı ciddi problemlər, prakik olaraq dünyaya qarşı müharibə aparması Cənubi Qafqazda “zəif yerlərin” axtarılması məsələsini gündəmə gətirib. Bu mənada Ermənistan, təbii ki, daim gah Rusiyanın, gah İranın, gah Fransanın, gah ABŞ-ın qucağında oturan marionet bir dövlət kimi zəif nöqtə xarakteri daşıyır. Bu zəif nöqtədən də onların Cənubi Qafqaza sızması üçün, fikrimcə, hazırkı vəziyyətdə çox münbit şərait yaranıb. Bilirsiz ki, Aİ-dən əvvəl Aİ-də ciddi söz sahibi olan Fransa kimi bir dövlət bizim antiterror əməliyyatlarımızdan bir  müddət öncə Azərbaycan ərazilərinə, yəni Xankəndi şəhərinə 500 nəfərdən ibarət xüsusi kəşfiyyat qrupu göndərməyə çalışırdı. Bu 500 nəfərlik qrupun missiyası guya sülhü dəstəkləmək əməliyyatlarında iştirak etmək idi. Ancaq əslində, demək olar ki, onların mütləq əksəriyyəti Fransanın xüsusi xidmət orqanlarında, eyni zamanda xüsusi təyinatlılarında xidmət etmiş zabitlər, bir sözlə, peşəkar kəşfiyyatçılar idi. İndi də bilirsiz ki, Aİ-nin Ermənistanda xüsusi bir missiyası fəaliyyət göstərir. Bu missiyanın da əsas məqsədi kəşfiyyat işləri aparmaq, bölgədəki geosiyasi vəziyyəti dərindən öyrənmək, Avropanın, eyni zamanda həm də Qərbin Cənubi Qafqaza sızması üçün münbit şərait yaratmaqdan ibarətdir”-deyə İ.Rüstəmli qeyd etdi.

İ.Rüstəmlinin sözlərinə görə, bir müddət əvvəl ABŞ-ın Ermənistanla birgə hərbi təlimlər keçməsi, bundan sonra Fransanın bir zamanlar Ukraynanın imtina etdiyi köhnə modifkasiyalı silahları Ermənistana verməsi və sair bütün bunlar hamısı Ermənistanı silahlandırmaq məqsədi daşıyır. “Ermənistanın silahlandırılması, təbii ki, Azərbaycanda sakit qarşılana bilməz. Əgər kimsə sənin düşmənini silahlandırırsa, deməli onu sənə qarşı döyüşə hazırlayır. Bu mənada Azərbaycanın tam zamanında antiterror əməliyyatını həyata keçirməsi və Aİ adı altında Fransanın xüsusi təyinatlılarının, 500 nəfərlik heyətin Xankəndiyə gəlməsinin qarşısını alması, eyni zamanda bu xüsusda Ermənistanın silahlandırılması ilə bağlı son addımlara siyasi qiymət verilməsi və sair  Azərbaycanın necə müstəqil dövlət olmasından, müstəqil siyasət yürütməsindən xəbər verir.

Əlbəttə, indi Cənubi Qafqazda çox ciddi mövqe savaşları gedir. Mövqe savaşlarında da əsas məqsəd Cənubi Qafqaza sızmaq və bununla da ilk növbədə Ermənistanı ən yaxın müttəfiqi sayılan Rusiyanın əlindən almaq, ikincisi, Rusiyanın sərhədlərinə yaxınlaşmaq, üçüncü, Rusiyanın sərhədlərinə yaxınlaşmaqla dolayısı ilə Rusiyanın özünə yaxınlaşmaq və ona qarşı informasiya savaşından tutmuş hərbi əməliyyatlara qədər müyyən proseslərin həyata keçirilməsini təmin etməkdir. Yəni bu mənada “öldürməyən silahlar”, əlbəttə, Avropanın və bir sıra Qərb dövlətlərinin Cənubi Qafqazda oynadığı şoudur. Bizim üçün hər şey gün kimi aydındır. Sözsüz ki, Azərbaycan da 30-dan çox dövlətlə bu və digər şəkildə bir, iki, üçtərəfli formatda hərbi əlaqələr qurub və bu ölkələrin böyük əksəriyyəti çox inkişaf etmiş, müasir orduya sahib dövlətlərdir. Azərbaycan, təbii ki, bu fürsətdən də lazımınca yararlanacaq. Xüsusilə də özünün birinci müttəfiqi olan Türkiyə ilə əlaqələrində biz bunu çox ciddi şəkildə görürük. Yəni Azərbaycan da öz yerində dayanmır, bütün bunlara alternativ, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. Mənə elə gəlir ki, Aİ-nin də, Qərb dövlətlərinin də Ermənistanı silahlandırması, bununla da onu Azərbaycana qarşı tətikləməsi prosesi fiaskoya uğrayacaq. Azərbaycan lazım gəldiyi anda öz hərbi qüdrətini göstərə biləcək. Çünki Azərbaycanın da bu günlərdə gördüyü çox işlər, atdığı çox mühüm addımlar var. Xüsusilə də ordu quruculuğu sahəsində, ordu cəbbəxanasının döyüş imkanının artırılması, müdafiə qüdrətinin gücləndirilməsi istiqmətində və sair. 

Əlbəttə, bu daim siyasi müstəvidə şou yaradan, xüsusilə Fransa kimi bir dövlətin Afrika ölkələrindən və başqa yerlərdən əli çıxıb indi öz mövqeyini Cənubi Qafqazda möhkəmləndirmək və itirdiklərini Cənubi Qafqazın ərazilərindəki fəaliyyəti ilə kompensasiya etmək cəhdidir. Azərbaycan buna çox sərt qarşılıq  verəcək.

Bilirsiz ki, bir neçə gün əvvəl Naxçıvan istiqamətində atəşkəs pozulub, sönmüş ocağı yavaş-yavaş yenidən yandırmağa, Cənubi Qafqazda növbəti dəfə bir münaqişə ocağı yaratmağa cəhd göstərirlər”-deyə qeyd edən İ.Rüstəmli bir daha vurğuladı ki, burada da əsas məqsəd Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. İ.Rüstəmli əlavə etdi ki, Azərbaycan müstəqil dövlətdir və öz ərazi bütövlüyün bərpa etmiş dövlətdir, öz ərazi çərçivəsində Qarabağ adlı probelm görmür, amma bu istiqamətdə yaranan problemin həllində də başqa dövlətlərin dəstəyinə ehtiyac duymur, üçüncü dövlətlərə ehtiyac görmür. İ.Rüstəmlinin fikrincə, bu mənada Azərbaycanın öz ordusunun döyüş qabiliyyətini, müdafiə qüdrətini artırması gələcəkdə baş verə biləcək hər hansı bir lokal və total hərbi toqquşmaya əsaslı cavab vermək üçün kifayət qədər ciddi zəmin yaradır.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031