"Rusiya ilə dialoq kanallarının açıq qalması vacibdir" - İtaliyalı nazir
Ukraynaya müdaxiləyə baxmayaraq, Rusiya ilə dialoq kanallarının açıq qalması vacibdir. Bunu İtaliyanın müdafiə naziri Qido Kroseto bildirib.
“Rusiya Federasiyasının suveren ölkəni işğal etməsinə və bu səbəbdən İtaliya və Fransanın Ukraynanı həmişə dəstəkləməsinə və dəstəkləyəcəyinə baxmayaraq, dialoq kanallarının da açıq qalması vacibdir”, – İtaliyanın müdafiə nazirinin bəyanatında deyilir.
Kroseto bu həftə Rusiya və Fransa müdafiə nazirləri arasında baş tutan telefon danışığına münasibət bildirib. Bu, onların 2022-ci ilin oktyabrından bəri ilk söhbəti idi.
Krosetonun qeyd etdiyi kimi, möhkəm və tənqidi ünsiyyət Rusiya təcavüzünün qarşısını almaq və ədalətli sülhə şərait yaratmaq üçün vacibdir.
ZÜMRÜD