Avrokomissiya prezidenti Ermənistanı Rusiyadan üz döndərdiyinə görə təriflədi
Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizə səylərini təqdir edir.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə keçiriləcək ABŞ-Aİ-Azərbaycan üçtərəfli görüşündən əvvəl mətbuat konfransında deyib.
"Ermənistanın Rusiyaya qarşı sanksiyalarımızdan yayınma ilə mübarizə səylərini təqdir edirik. Bu, xüsusən öldürücü qurğu və texnologiyaların rus hərbçilərinin əlinə düşməməsinin təmin olunmasına aiddir. Bu göstərir ki, Aİ və Ermənistanın dəyər və maraqları getdikcə daha çox yaxınlaşır", - o deyib.
Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.
O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.