Rusiyaya ŞOK: Yaponiya yeni sanksiyalar elan etdi
Rusiyaya qarşı daha bir iqtisadi sanksiya işə düşüb. Belə ki, Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib. “Reuters” agentliyinin ən son məlumatında deyilir ki, sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq.
Bundan başqa, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.
Mətləb Salahov