Almaniyada bu da oldu: iki xanım nazir bir-biri ilə evlənir...
Almaniyanın iki xanım naziri bir-biri ilə evlənmək qərarı verib. Bu barədə DV nəşri məlumat yayıb. Belə ki, bir neçə ildir bir yerdə yaşayan Saksoniya əyalətinin ədliyyə naziri Katya Mayerlə Şimali Reyn-Vestfaliya əyalətinin bərabərlik məsələləri naziri Jozefin Pol nikaha daxil olacaqlar.
Bununla nazirlər Almaniya siyasətində ilk belə cütlük olacaqlar. Qeyd edək ki, Almaniyada eynicinslilərin nikahı 2017-ci ildə qanuniləşdirilib. O vaxtdan bəri ölkədə 65 mindən çox eynicinsli cütlük nikaha girib.
Mətləb Salahov