Son 3 ayda Türkiyədə 670-dən çox terrorçu zərərsizləşdirib
Cari ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı 673 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, antiterror tədbirləri həm İraqın şimalında, həm də Suriya ərazisində həyata keçirilib. Bu müddət ərzində Türkiyə ordusu İraqın ərazisində 280, Suriyada 393 yaraqlını zərərsizləşdirib, üstəlik, əməliyyatlar təkcə PKK və İŞİD terrorçularına qarşı deyil, həm də Fethullah Gülen terrorçularına qarşı aparılıb. Türkiyə Müdafiə Nazirliyi regionda, o cümlədən Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında sabitliyi pozmaqla bağlı istənilən cəhdin qarşısının qətiyyətlə alınacağını vurğulayıb.
Mətləb Salahov