"Terror təşkilatlarının regionun gələcək quruculuğunda yeri yoxdur və ola da bilməz" -Türkiyədən AÇIQLAMA
"Türkiyə bütün tərəfləri sağlam düşünməyə və terrorçularla hər hansı təmasdan və onların dəstəyindən imtina etməyə çağırır." Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, terror təşkilatlarının və onların əməkdaşlarının regionun gələcək quruculuğunda yeri yoxdur və ola da bilməz. “Cinayət strukturları ilə bütün təmaslar dərhal və uzunmüddətli şəkildə pozulmalıdır”, - Şuranın bəyanatında deyilir. Eyni zamanda, PKK, İŞİD və DEAŞ kimi terror təşkilatları da daxil olmaqla, Türkiyənin milli təhlükəsizliyi əleyhinə çağırışlara qarşı gələcəkdə də mübarizə aparmaq əzmi vurğulanıb.
Bəyanatda son vaxtlar terror strukturlarının əlaltılarının təxribatlarının tez-tez baş verdiyi Avropadakı vəziyyətə xüsusi diqqət yetirilir. Ankara, cinayətkar təşkilatların hərəkətlərinə məhəl qoyulmamasının nəticədə Avropa ölkələrinin özlərinin təhlükəsizliyinə zərər verəcəyinə əminliyini ifadə edib.
Mətləb Salahov