KÖHNƏ VERSİYA            

Azərbaycan və Konqo prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - FOTO

Image

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən Sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.

Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.

Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso çıxış edərək dedi:

- Cənab Prezident.

Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm.

Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.

Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik.








VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930