AİB-in regional departamentinin rəhbəri ilə COP29-a hazırlıq tədbirləri müzakirə olunub
Asiya İnkişaf Bankının Mərkəzi (AİB) və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.