Cozef Bayden və Si Cinpin telefonda tik-toku müzakirə ediblər...
ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpin telefon danışığı zamanı “TikTok” sosial şəbəkəsi ətrafında yaranmış vəziyyətə toxunublar. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Bəli, “TikTok” bu gün müzakirə edildi", - Kirbi deyib. Onun sözlərinə görə, Bayden həmsöhbətinə bu sosial şəbəkənin “kimə məxsus olması ilə bağlı narahatlığını” çatdırıb. "O, Sədr Si Cinpinə aydın şəkildə bildirdi ki, söhbət proqramın qadağan edilməsində deyil, daha çox bizim milli təhlükəsizlik maraqlarımızı qorumaq və amerikalıların məlumatlarını təhlükəsiz saxlamaq üçün onu qadağan etməkdə maraqlıyıq", - Kirbi vurğulayıb.
Mətləb