Renat Dadaşov oynadı, komandası "Qalatasaray"a uduzdu
![Image](/uploads/posts/2024-04/196802_5in0diq5ax.webp)
Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura start verilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Qalatasaray"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.
Mətləb