Yenə Xankəndidə silah-sursat tapılıb - DİN açıqladı
![Image](/uploads/posts/2024-04/51da85a317120361155111685571071469.webp)
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Mətləb Salahov