Zelenskinin "yardım" qorxusu - ABŞ olmasa, geri çəkilməli olacağıq...
ABŞ-ın hərbi yardımı dayandırması ilə bağlı danışan Ukrayna prezidenti Zelenski, Konqresdəki fikir ayrılıqlarına görə əngəllənən hərbi yardım alınmayacağı halda Ukrayna qüvvələrinin “kiçik addımlarla” geri çəkilməli olacağını bəyan edib.
“ABŞ yardımı olmasa, bu, bizim havadan müdafizəmiz olmayacaq, "Patriot" raketlərimiz olmayacaq, siqnal pozucularımız olmayacaq. Bu da, kiçik addımlarla geri çəkiləcəyimiz deməkdir. Geri çəkilməmək üçün bir yol tapmağa çalışırıq" - Zelenski deyib.
Sursat çatışmazlığının daha azı ilə kifayətlənmək anlamına gəldiyini qeyd edən Zelenski deyib: "Necə? Təbii ki, geri dönməklə. Cəbhə xətti qısaldılanda ruslar böyük şəhərlərə girə bilərlər".
Zelenski, Ukraynanın raket problemini özləri istehsal etdikləri silah və hava hücumundan müdafiə sistemləri ilə həll etməyə çalışdığını, lakin bunun kifayət etmədiyini bildirib.
Qeyd edək ki, Vaşinqton Kiyevi benzinin bahalaşmasından qorxaraq Rusiyanın neftayırma zavodlarına hücumu dayandırmağa çağırıb. Zelenski isə hesab edir ki, ABŞ-ın Rusiyadakı neft emalı zavodlarına hücumlara reaksiyası düzgün deyil.
“Biz pilotsuz təyyarələrimizdən istifadə edirik. Heç kim bizə deyə bilməz ki, bunu edə bilməzsiniz. Əgər enerji sistemimizi qorumaq üçün yetərli hava hücumundan müdafiə vasitələrimiz yoxdursa və ruslar ona hücum edirsə, o zaman sual verirəm: biz niyə cavab verə bilmərik? Onların cəmiyyəti də benzinsiz, dizelsiz, işıqsız yaşamağı öyrənməlidir" - Ukrayna prezidenti bildirib.
TAHİR