Türkiyə 10 ildən sonra Liviyaya uçuşları bərpa edib
Türk Hava Yolları təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib. Bu barədə Liviyanın “Əl Vasat” informasiya portalı məlumat yayıb.
Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək Türk Hava Yollarının uçuşlarının bərpasının digər beynəlxalq hava yolları üçün ümidverici addım olduğunu bildirib. Türk şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.
Mətləb Salahov