KÖHNƏ VERSİYA            

Şəhid oğulların sevgisi Vətən haqqı kimi təzahür edir - On ikinci yazı

Image

Ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək, bunun üçün elmi nailiyyətlər əsasında ya­ranan sivil innovasiyalardan istifadə etmək ölkə başçısı İl­ham Əliyevin apardığı siyasətin başlıca məziyyətidir.

Al­qış­lanası haldır ki, bu gün Azərbaycan onun rəhbərliyi al­tında bütün dünyaya öz parlaq örnəyini göstərir, effektiv sosial müdafiə bir strategiya olaraq vətəndaşların sosial ri­fa­hında başlıca rol oynayır. Nə xoş ki, ölkə rəhbəri hazırda bütün sahələr üçün hədəflənən gələcək strategiyanın də­rin elmi əsaslarını, inkişaf meyllərini uzaqgörənliklə təh­lil edir. Bu da xalqın dövlətçilik düşüncələrinin, ya­şayış tərzinin vəhdət təşkil etməsində həlledici rol oynayır.

Ümummilli lider Heydər Əliyevdən başlanan Azər­bay­can­çılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər bu gün də yeni bir ideologiyanın əsasını qoyur. Bu, hər bir vətəndaşa azad, sərbəst yaşamaq hüququ verir. Bu, ölkəmizin beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biridir. Bu gün insanlarla ünsiyyət xüsusi diqqət çəkir. Qar­şı­mız­da dayanan yeni planlar, perspektivlər fikir və dü­şün­cələr bizi daha ayıq olmağa, daha sıx birləşməyə dəvət edir. 

Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Bu, hamımızın üzərinə məsul vəzifələr qoyur. Bugünkü milli dövlət quruculuğu işi, vətəndaşlıq duyğusu, millətə, dövlətə, Vətənə sevgi hissi bu məsuliy­yətin ictimai səciyyəsidir. Biz bunu 44 günlük Vətən mü­ha­ribəsində də əyani şəkildə gördük. Vətənimizin, xalqımızın gələcəyini düşünən, zamanı qabaqlayan parlaq siyasi zəka və böyük uzaqgörənlik düşmənə nəhayət ki, öz sö­zü­nü dedi, müzəffər ordumuzun qətiyyəti sayəsində Azər­baycan öz bütövlüyünü təmin etdi. Dünya dövlətləri bu 44 gündə Azərbaycanın daha nələrə qadir olduğunu anladı. Bü­tün bunlara görə Ali Baş Komandana, xalqımızın qeyrətli oğullarına, bütövlükdə isə xalqa minnətdarıq. 

Bu gün hər iki oğlunu torpaq uğrunda fəda etmiş Sevinc xanımın özünün də, Vətən üçün silaha sarılmış şəhid oğullarının da sevgisində bir Vətən haqqı təzahür edir. 

Bir anlıq diqqət edək: Vətən müharibəsi başlayanda nə Əli, nə də İslam qətiyyən özlərini, öz həyatlarını, minbir əzab-əziyyət, dəhşətli həyat acıları dadmış analarını dü­şün­mədilər, həmin an onların beynini saran təkcə bu fikir oldu: Vətən dardadır, biz onu xilas etməliyik! Necə düşün­dü­lərsə, elə də etdilər; hər ikisi müddətdən artıq hərbçi ki­mi Vətən naminə döyüşlərə qatıldılar, şücaət və hünər gös­tərməyə müvəffəq oldular. Əlbəttə, əgər müharibənin ilk günü şəhid olmasaydılar, bu qeyrətlə, bu əzmlə hər iki qardaş Şuşaya qədər döyüş yolu keçəcək, hətta antiterror əmə­liyyatlarında belə düşmənə qan udduracaqdı. Biz on­ların haqqında deyilənləri, eşitdiklərimizi və öz araşdırmalarımızı əlimizdə əsas tutub bu nəticəyə gəlirik. 

Doğrudan da qəhrəmanlıq kökdən, qandan-ilikdən gəlir sonradan öyrənilmir. Məktəblərdə şagirdlərə qəhrəmanlıq haqqında fikirlər deyilir, müəyyən epizodlar xatırlanır. Yə­­ni bununla şagird əsl qəhrəmana çevrilmir, sadəcə, bu pro­ses barədə bəzi təsəvvürlərə malik olur... Hünər məktəbi ailədir, ailənin, ge­nin verdiyi nəticədir. Əli və İslam qardaşları da məhz belə bir ailənin - təməl daşları kişilik olan işıqlı bir məktəbin məzunları idilər...

***

Allah, kimi fərqli insan, yaxud kimi qəhrəman edəcəksə, körpəlikdən onda bu hissi ətrafdakılara bəyan edir. Az görməmişik ki, bir ailədə beş-altı uşaqdan yalnız biri haqqında valideynlər xüsusi fikir ifadə edirlər. Deməli, heç bir şey təsadüfdən ibarət olmur. Əgər bir hadisə yaşanacaqsa, o, təsadüf yox, zərurətdir. Allahın fəhm verdiyi insanların da nə vaxtsa atacaqları fərqli addımlar zərurətə əsaslanır...

Heç bir şübhə yoxdur ki, Əli və İslam qardaşları da hələ ana bətnində ikən Allahın fəhm verdiyi fərqli insanlar idilər. Böyüyə-böyüyə bu fərqi izah etməyə, bu fəhmi gös­tər­məyə başladılar. Məsələn, onlar ürəklərində Vətənə ya­lançı istək deyil, həqiqi sevgi cücərtdilər. Bu sevgi illər sonra əbədiyyət ünvanı kimi təzahür etdi. Əli və İslam mü­ha­ribəyə gedəndə düşünmədilər ki, bu ağır, bu aşırımlı, bu çətin yolda ölüm də var, itim də, onları yalnız bir hiss çul­ğa­dı: Vətən dardadır, onu düşmən tapdağından azad etməliyik! Bu hissin özü sərrast ifadə edir ki, Əhmədov qardaşları Allahın fəhm verdiyi sadiq insanlar idilər. 

Digər tərəfdən, qardaşlar (hətta) ağır yaralanarkən belə öz­lərini düşünmədilər, əbədiyyət pərdəsi gözlərini qapayana qədər – Vətən sağ olsun!, - dedilər... 

Canı torpaq uğ­run­da fəda etməyi yalnız içində fərqli hiss olan oğullar bacarar. Bu oğulların (belə oğulların) şə­rəf­li həyatı şirin tikə kimi qəbul etdikləri ölümün şərəf qa­pı­sıdır. Əli və İslam da Allahdan gələn mərdanəliklə o qa­pını aça bildi. İçlərində təpər tapan qorxmazlıqla sübut et­di­lər ki, anadan məhz Vətən üçün doğulublar. Sübut etdilər ki, nahaq yerə analarına Vətən, Vətənə ana deməyiblər...

Əlavə: Mingəçevirdə olarkən Günəşli qəsəbəsinin girişində iki-üç adamdan Əli və İslam qardaşlarının yaşadıqları ünvanı soruşdum. Biri dedi ki, o qardaşlar müharibənin ilk günü şəhid oldular. Allah rüsxət versəydi - yəni bir ne­çə gün döyüşə bilsəydilər, kim bilir necə qəhrəmanlıqlar edəcəkdilər. - Ani duruxdu, sözünə davam etdi: - Çünki o qardaşlar elə bil Vətən üçün doğulmuşdular, elə bil cəngavər idilər, yerişləri, əxlaqlı davranışları, hətta ətrafdakılara salam vermələri belə çox fərqli idi. Elə bil harasa tələsirdilər. Bir neçə dəfə mən özüm bunun səbəbini soruşmaq is­tə­dim, amma ürək etmədim. Eşidəndə ki, Vətən mü­haribəsində şəhid olublar, hara, nə üçün tələsdiklərini anladım. Allah hər ikisinə rəhmət eləsin!

Əli və İslam qardaşlarının fəhmli insan olduqlarını bu fi­kirlər də təsdiq edir. Başqaları qazanc, şəxsi mövqe da­lın­ca qaçdıqları an onlar Vətən sevdasına uçdular, torpaq sevgisinə qoyun açdılar. 

Döyüş yoldaşları da etiraf edir ki, hər iki qardaş qorxmaz, hünərvər, cəsur və əsl fədai idi. Gerçəkdən onlar bir ne­çə gün döyüşə bilsəydilər, əlbəttə, daha böyük qəhrəmanlıqara imza atacaqdılar. Çünki 30 ilin ağrı-acıları, xalqımızın çəkdiyi mənəvi iztirablar onları şir kimi hiddətləndirmişdi. Gözlərində böyüyən nifrəti (onlar) ancaq belə tö­kə bilərdilər - öz qəhrəmanlıqları, öz şücaətləri ilə. Ba­car­dılar. Hətta elə bacardılar ki, Mingəçevirin Şəhidlər xiyabanı onları qucağına alanda sevincdən göz yaşları axıtdı. Torpaq qürur duydu ki, qoynunda Əli və İslam kimi qəhrə­manlar uyuyur...

***

Sevinc xanım haradan biləydi ki, Əli və İslamın cə­miy­yət işindəki fərqli cəhətləri, bacarıqları, ictimai fəallıqları (onların) gələcəkdə Vətən uğrunda göstərəcəkləri müvəffəqiyyətlər üçünmüş.

Hələ yeniyetmə yaşlarından ictimai işlərdə fərqlənmək, cəmiyyəti düşündürən məsələləri özlərinin vətəndaşlıq mis­siyası hesab etmək sanki Əli və İslamın həyat kredosu, mis­siyası idi. Onların tez-tez ictimai tədbirlərdə fəal iştirak etmələri, hadisələrə fərqli münasibət bildirmələri gə­lə­cəkdə təkcə yetkin bir insan olacaqlarına deyil, həm də bir əbədiyyət işığı olacaqlarına zəmin imiş. Ağıllı, çalışqan, həssas olmaları, öz zəkaları ilə çoxlarını heyrətləndirmələri, ətrafdakılara qarşı doğmalıq nümayiş etdirmələri, ən əsası, səmimi olmaları onlara xüsusi hörmət və nüfuz qa­zanırmışdı. Onlar həyata atıldıqları ilk gündən özlərini so­sial aləmdə bitkin nəzərlərlə təsdiqləyir, bu əhatədə qə­rar tutanlara dövlətçilik sevgisi aşılayırdılar. Bütün bunlar da Əhmədov qardaşlarının gələcək illərdə layiqli vətəndaş, Vətən fədaisi və xalqa fayda verən insan olacaqlarına əsaslı zəmin yaradırdı.

Tarixən yer üzərində igid oğullar çox olub... Azər­bay­canda da bu cür oğulların sayı (indi də) kifayət qədərdir. Xalq, dövlət çətinliklə üzləşəndə, milli mənlik məhv ol­maq təhlükəsi ilə üz-üzə qalanda onlar çəkinmədən meydana atılıb, bütün ağırlıqları öz çiyinlərinə götürüb və öz vətəndaş missiyalarını sonadək şərəflə, ləyaqətlə yerinə yetiriblər... Adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün cəhd etdiyimiz Əli və İslam qardaşları da xalqın qorx­maz, cəsur və vətənpərvər oğullarıdır. 

Bilirik ki, 2020-ci ilin sentyabr ayınadək ümummilli prob­lemimiz - torpaqlarımızın işğal altda qalması məsələsi obyektiv sə­bəb­lərdən həllini tapmamışdı. 2020-ci ilin no­yabr ayında “Dəmir yumruğ”un kəskin zərbəsi, mü­zəffər ordumuzun, Əli və İslam kimi oğulların şücaəti ilə bu problem birdəfəlik aradan qaldırıldı. Hər bir azərbaycanlı (bu gün də) Vətən müharibəsində əldə olunan qələbənin sevincini yaşayır, torpaqlarımız işğaldan azad edildiyi üçün fəxarət hissi keçirir, ən əsası da, Əli və islam kimi oğullara dərin ehtiram ifadə edir. Heç kim dana bilməz ki, məhz qəhrəman oğullarımızın sayəsində düşmən təcavüz­karlıq xislətindən əl çəkməyə məcbur oldu, sentyabrın 27-də başlanan çevik və qətiyyətli əks-hücum əməliyyatları xalqımızın milli qürur yerinə çevrildi. Həmin tarixdən etibarən Əli və İslam kimi hünərvər oğulların şücaəti ilə düş­mən zəbt etdiyi mövqelərdən sürətlə geri çəkildi, Or­du­muz düşmənin çoxlu sayda zirehli texnikasını və canlı qüv­vəsini sərrast atəşlə məhv etdi. Bu gün qəhrəmanlarımızın böyük əzm və rəşadəti xalqımızda vətənpərvərlik və milli qürur hislərinin alovlanmasına yeni təkan verib. 

Əli və İslam qardaşları Vətən müharibəsində qalib olacağımıza, qədim şəhərimiz olan Şuşaya bayraq sancacağımıza ürəkdən inanırdılar və bu daxili əminlik onları dö­yüş­dən-döyüşə daha da ruhlandırırdı...

Bu ruh onları əbədiyyətə, xalqımızı həsrətində olduğu Zəfərə qovuşdurdu.

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031