KÖHNƏ VERSİYA            

Şəhid gizirin anası dözə bilmədi, oğlunun “plakatından” tutub öldü - atası Nurəddin Ağayev ürəkləri sızlatdı...

Image

Nurəddin Ağayev: “Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib, gecə ikən onun “plakatından” tutub öldü”  

Qaməti bükülüb yükü həsrətdi
Gözündə yaş qalıb, qəlbində acı...
O şəhid atası, o bir qəhrəman
Oğlunun məqamı ucadan uca...

Oğul dağı belini bükdü, çəkdiyi acılar ürəyində qanlı bir yara açdı, gecəsi-gündüzünə qarışdı, yuxusu ərşə çəkildi, ahı dağları dəldi şəhid atasının...

Biləsuvar rayonun Günəşli kəndindən olan Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Ağayev Salehin atası Nurəddin Ağayevdən danışırıq. O atadan ki, iki oğlu Vətən müharibəsində düşmənlərimizə qarşı döyüşüb, Dəyanət evə sağ-salmat qayıtsa da, Salehin tabutu gəlib. Bundan sonra Ağayevlər ailəsinin müsibətləri başlayıb. 

Biz Nurəddin Ağayevlə martın 15-də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində həmsöhbət olduq. 

Göz yaşlarını yağış kimi ələyən, oğlu barədə qəhərlənə-qəhərlənə danışan Nurəddin dayı söhbətimizin əvvəlində bildirdi ki, Salehin Vətən uğurunda şəhid olması ilə qürur duyur və belə bir oğlun atası olması ilə fəxr edir.  

Ata bildirdi ki, oğlu Saleh Ağayev Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən Xocavənddə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. “Oğlum Saleh Ağayev 1992-ci ildə anadan olub. Ordumuzun kiçik giziri idi. Aprel döyüşlərində də iştirak etdi. 2017-ci ildə Cocuq Mərcanlıda yaralandı. Həmin vaxt mənə zəng gəldi və bildirildi ki, oğlunuz “Papanin” hərbi hospitalındadır. Təcili olaraq Bakıya oğlumun yanına getdim. Üzünə o qədər qəlpə dəymişdi ki, üzü tamamilə şişmişdi, hətta məni tanımadı. Məndən əvvəl Ali Baş Komandanımız İlham Əliyev hospitalda ona baş çəkmişdi və gül gətirmişdi. İlham Əliyevlə oğlum Salehin bir yerdə şəkli var.  General-leytenant Hikmət Mirzəyev mənim doğma xalam oğludur.  

Oğlum mənimlə görüşəndə danışa bilmədik, çünki ağır yaralı olduğu üçün danışa bilmədi. Füzulinin Əbdürrəhmanlı kəndində xidmət edirdi, komandir idi, 37 əsgəri vardı. 2020-ci ilin oktyabr ayının 11-i idi. Gecə mənə zəng vurub soruşdu ki, ata, Qədr surəsinin namazını qılırsan? Dedim bala, mən onu bilmirəm axı. Dedi ata, o günahları bağışlayır, o namazı qıl. Mənim oğlum ürəyi təmiz, imanlı, ağıllı bir oğıl olub”-deyə ata bildirdi. 

“Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi” 

N.Ağayev onu da dedi ki, müharibə başlayanda digər oğlu Dəyanət də başqa Biləsuvar igidləri kimi könüllü olaraq müharibəyə gedib. Dəyanət də  ön cəbhədə qəhrəmanlıqla vuruşan qardaşı Saleh kimi Vətənin dar günündə evdə oturmağı özünə sığışdırmayıb. Ata bildirdi ki, Dəyanət müharibəyə könüllü getdiyini ondan gizlədib. “Gəlib dedi ki, ata, mənə 10 manat ver, işim var. Mən ona pul verəndən sonra dedi ki, ata, mənə halallıq ver müharibəyə gedirəm. İndi Dəyanətin 26 yaşı var, yanğınsöndürən işləyir, evlənməyib, subaydı. Dəyanət müharibədə yaralandı, mənə zəng vurub dedilər ki, oğlun yaralanıb Füzulidə hospitaldadır. Hospitala getdim. Koronavirus vaxtı idi, Dəyanətlə görüşdüm, çox əziyyət çəkmişdi, üç gün suyun içində qalmışdı, yarpaq yemişdi, amma ermənilərə təslim olmamışdı, yaralı döyüş yoldaşını ermənilərin arasından çıxarıb gətirmişdi. O oğlan da Biləsuvardan idi.   

Saleh isə şəhid olanda 28 yaşı vardı, evləndirmişdim, amma övladı olmadı, özündən bir nişanə qalmadı. Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi.

Saleh Cocuq Mərcanlının azad olunmasında da iştirak etmişdi, o orada da, Vətən müharibəsində də kiçik sanitar kimi yaralılara kömək edirdi. Salehin necə şəhid olduğunu mayor rütbəli komandiri mənə danışdı. Dedi ki, meşədə ağır yaralıya tibbi yardıma gedərkən düşmən syaperindən atılan atəş nəticəsində yaralanıb, çox qan itirib və şəhid olub. Oktyabrın 12-də

Biləsuvar rayonu Günəşli kənd qəbiristanlığında dəfn edildik, dəfnə icra başçısı Faiq Qürbətov da gəldi, rayonun başqa tanınmış insanları da. Oğlum 

ölkəmizin  ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində böyük igidliklə döyüşüb... Salehin dəfnindən iki gün sonra, oktyabrın 14-də gecə namaz qılırdım, mənə zəng vurub “həyat yoldaşın haradadır” deyə soruşdular. Dedim ki, otağında yatıb. Dedilər ki, otağında yatmayıb, oğlunun “plakatından” tutub ölüb. Yoldaşımın adı Nəzakət idi. Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib gecə ikən onun “plakatından” tutub öldü.  Bu gün tənha qalmışam. Gözüm yolda, qulağım səsdədir...”

Oğlunun şəhid olduqdan sonra 11 medalla təltif edildiyini deyən ata bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" və başqa  medallarla təltif edilib. 

Nəzakət ana böyük oğlunun şəhidliyinə dözə bilməyib və balasının şəklinə sarılıb canını Allaha təslim edib, övladına qovuşub, ruhunu onun ruhuna qatıb. Hər gün boyunu sevib oxşadığı balasının torpağını, məzarını əzizləməyi özünə az bilib ana, ona görə də torpağını balasının torpağına qatıb. Analar şəhid oğullarını qara torpağın altında tək qoymamaq üçün torpağın qoynuna köçürlər. Atalar da boynubükük, qəlbi qırıq, qaməti əyilmiş qalır bu dünyada. Nurəddin ata deyir ki, oğlundan sonra həyat yoldaşının onu tərk etməsi sözün həqiqi mənasında dərdinin üstünə daha böyük dərd qoyub, sinəsinə çalın-çarpaz dağ çəkib. 

Mehriban, səmimi, halal çörəkli Nurəddin atanın yetişdirdiyi Saleh, Dəyanət kimi oğullar bu Vətəni canı, qanı hesabına qoruyan oğullar səfində yer alıb. Saleh canını Azərbaycana qurban verib, Dəyanət də mərdliklə, dəyanətlə döyüşüb, qazi kimi evinə dönüb. Nurəddin Ağayev həm bir şəhid, həm də bir qazi atasıdır. Bir gözü ağlayır, bir gözü gülür. Dəyanət onun gözünü güldürən övladdır, Saleh isə əbədi fəxr və qürur yeridir. Ata söhbətimizin sonunda Respublika Xatirə Kitabı Redaksiyasına şəhidlərimizin adlarını ədəbiləşdirməsinə görə minnətdarlıq etdiyini dedi: “Sağ olsunlar, bizim balaları yaddan çıxmağa qoymurlar. Biz gedəcəyik, amma şəhid balalarımız bu dünyada əbədi yaşayacaqlar. Mən bir şəhid atası kimi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət xanıma və bütün kollektivə təşəkkür edirəm ki, bizim övlatlarımızı yaşadırlar”.

Biləsuvar ən çox şəhid verən rayonlarımızdan biridir. Ora şəhidlər diyarıdır, igidlər oylağıdır. Orada Nurəddin dayı kimi atalar igid oğullar yetişdirib Vətənə qurban veriblər. Bu Vətənsə nə bu oğulları, nə də onları yetişdirən ata-anaları unudar. 

İradə SARIYEVA
Biləsuvar-Bakı








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031