Putindən Qərbə F-16 təhdidi - Üçüncü ölkə aerodromlarından istifadə edilsə, onlar da vurulacaq...
“Əgər Amerikanın F-16 qırıcıları üçüncü ölkələrin aerodromlarından Ukrayna münaqişəsində istifadə olunarsa, onlar Rusiya hərbçilərinin qanuni hədəfinə çevriləcək. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Təbii ki, onlar üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada yerləşməsindən asılı olmayaraq bizim üçün qanuni hədəfə çevriləcək”, - deyə o, hərbçilərlə söhbəti zamanı bildirib.
Putin əlavə edib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək.
O deyib ki, bu gün biz onların tankları, zirehli texnikaları və digər texnikalarını, o cümlədən yaylım atəş sistemlərini məhv etdiyimiz kimi, təyyarələrini də məhv edəcəyik.
Putin xatırladıb ki, F-16-lar nüvə silahı daşıyıcısı ola bilər. “Biz bunu da nəzərə almalıyıq”, - deyə Rusiya lideri vurğulayıb.
ZÜMRÜD