Makron Afrika və Qafqazda iflasdan sonra Braziliyaya "lağım atdı"...
Fransanın xüsusilə Makronun prezidentliyi dövründə Afrıka ölkələrində və Cənubi Qafqazda hansı uğursuzluqlara düçar olduğunu hamı görür. Bir neçə Afrika ölkəsindən Fransanı sözün həqiqi mənasında qovdular. Qafqazda isə " Fiqaro" qəzetinin yazdığı kimi ,"ən səmimi ermənipərəst siyasət" apardığına görə bütün bölgədə nüfuzunu və mövqeyini itirdi . Hazırda Fransa Qafqazda Ermənistana silah satmaqdan başqa heç bir fəaliyyət üsuluna malik deyil,bunun isə heç bir gələcəyi yoxdur.
Görünür ki, bu uğursuzluqlar Makronu başqa istiqamətlərdə fəallaşmağa sövq edir. Bu günlərdə Makron Cənubi Amerikanın Braziliya dövlətində peyda olub. Həm də Makron son 11 ildə Braziliyaya səfər etmiş ilk Fransa prezidentidir. Makron Braziliyanın sualtı qayıqlar istehsalı və Amazon meşələrinin bərpasına nüfuz etmək istəyir. Elə bu səfərdə Braziliya prezidenti ilə birgə istehsalı olunmuş sualtı qayığın suya buraxılması mərasimində iştirak edib .
Makronun Braziliyaya "lağım atması" nə ilə nəticələnə bilər? Zaman göstərər. Lakin onu deyək ki, Braziliya Rusiyanın dost ölkələrindən biri olmaqla həm də BRİKS təşkilatının üzvüdür. Rusiya BRİKS- də söz sahibidir.Bu, Makronun Braziliyada ciddi uğurlar qazanmaq şanslarını heçə yendirə bilər.
Nahid Salayev